18:52 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1210

"Əleyhinə səs verənləri anlayıram, həll edilməmiş xeyli sayda problemlərimiz var. Bu həqiqətdir" - Vladimir Putin

BAKI, 3 iyul — Sputnik. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya düzəlişlər üzrə ümumrusiya səsverməsinin nəticələrini təsdiqləyib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, seçkilərin nəticələrinə dair yekun protokol imzalanıb.

Xatırladaq ki, iyulun 1-i keçirilən seçkilər zamanı seçici fəallığı 67,97% olub. Seçicilərin 77,92% Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib.

Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. İyunun 25-dən 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.

Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan olunduğu gündən etibarən qüvvəyə minəcək.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişlər üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib. "Əleyhinə səs verənləri anlayıram, həll edilməmiş xeyli sayda problemlərimiz var. Bu həqiqətdir", - deyə Putin qeyd edib.

O vurğulayıb ki, indi düzəlişlərin lehinə səs verən vətəndaşların etimadını doğrultmaq üçün hər şeyi etmək lazımdır.

Putin qeyd edib ki, SSRİ-nin dağılmasından sonra az vaxt keçib, siyasi sistem də daxil olmaqla, müasir Rusiya formalaşma mərhələsindədir: "Biz çox şeydə hələ də həssasıq, xalq dilində desək, "tələsik edilib". Ölkəni, onun bütün institutlarını gücləndirmək üçün daxili sabitliyə və zamana ehtiyacımız var".

Əlaqədar

Putin seçicilərə təşəkkür etdi
Azərbaycan Prezidenti rusiyalı həmkarını təbrik edib
Rusiya Konstitusiyana dəyişikliklər üçün səsvermə: MDB ölkələrində seçki necə keçib
Nəticələr məlumdur! Rusiyada Konstitusiya düzəlişləri ilə bağlı son rəqəm açıqlandı
Maska, əlcək və birdəfəlik qələm: Bakıda RF Konstitusiyasına dəyişikliklər üçün səsvermə

Əsas mövzular