19:16 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
70720

Surovkinin sözlərinə görə, "S-500"ün texniki xarakteristikaları bu sistemi ilk kosmosdan hücum əleyhinə müdafiə sistemlərinə aid etməyə imkan verir

BAKI, 3 iyul — Sputnik. "S-500" zenit-raket kompleksləri Yerətrafı məkanda hipersəs sürətinə malik silahları məhv etmək qabiliyyətinə malik olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Krasnaya Zvezda" telekanalına (Qırmızı ulduz) müsahibəsində Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HKQ) Baş komandanı Sergey Surovkin bildirib.

Qeyd edək ki, daha əvvəl "S-500" komplekslərinin Yer planetindən 100 kilometrlərlə hündürlükdə hədəfləri vurmaq barədə qərarını "Almaz-Antey" konserninin baş konstruktoru Pavel Sozinov bildirib.

Surovkinin sözlərinə görə, "S-500"ün texniki xarakteristikaları bu sistemi ilk kosmosdan hücum əleyhinə müdafiə sistemlərinə aid etməyə imkan verir.

"S-500" zenit-raket komplekslərinin texniki xarakteristikaları aerodinamik və ballistik hədəflərlə yanaşı, yaxın kosmosda da daxil olmaqla, bütün modifikasiyaya məxsus hipersəs sürətli silahları da məhv etməyə imkan verir", - deyə Surovkin qeyd edib.

O, həmçinin bu sistemlərin analoqlarının olmadığına əminliyini də ifadə edib.

Qeyd edək ki, "S-500 Prometey" sistemi hipersonik hədəfləri (sürəti saatda 6000 kilometrdən çox olan), qitələrarası, ortamənzilli və qanadlı raketləri, eləcə də təyyarələri, vertolyotları, adi və yüksək hündürlükdə uça bilən pilotsuz aparatları məhv etməyə qadirdir. Onun məhvetmə radiusu 600 kilometrə qədər, maksimal məhvetmə hündürlüyü isə 100 kilometrə qədərdir (yəni "S-500" hətta aşağı orbitli kosmik aparatları da vura bilir). "Prometey" sisteminin unikal xüsusiyyətləri strateji obyektlər, böyük şəhərlər və ya Rusiyanın ayrı-ayrı bölgələri üzərində hava hücumundan/raketdən etibarlı müdafiəni təmin edəcək.

Xatırladaq ki, bundan əvvəlki "S-400" zenit-raket kompleksi üç ölkə - Rusiya, Türkiyə və ABŞ arasında nifaq üçbucağı yaradıb. "S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub. "S-400" zenit raket komplekslərinin Türkiyəyə tədarükü ötən il iyulun ortalarında başlayıb. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Bir neçə gün əvvəl, iyunun 30-da isə respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasını təklif edib. Bu isə NATO tərəfdaşları arasında mövcud olan münasibətləri gərməklə yanaşı, Rusiyanın da müəyyən narahatlığına səbəb olub.

Əlaqədar

“Sarmat” uçmağa hazırlaşır: yeni “Şeytan” Rusiyanın nəyinə lazımdır?
Putin yeni silah haqda – Bizim onlara sürprizimiz olacaq
Rusiyanın Hərbi-Dəniz Donanması necə dəyişəcək - "Borey-A" və "Yasen-M" gəlir
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb
Rusiya hipersəs silahı ilə bağlı ABŞ-la dialoqun şərtlərini açıqlayıb

Əsas mövzular