20:55 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
69110

Latın Amerikasının bir sıra dövlətləri ilə danışıqlar gedir, MDB və Yaxın Şərq ölkələri də maraq göstəriblər.

BAKI, 2 iyul — Sputnik. Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) və "XimRar" şirkətlər qrupu COVID-19-un müalicəsi üçün "Avifavir" preparatını Belarusa ixrac etməyə başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, yaxın vaxtlarda bu dərmanın Qazaxıstana da çatdırılması gözlənilir.

Bundan başqa, Latın Amerikasının bir sıra dövlətləri ilə danışıqlar gedir, MDB və Yaxın Şərq ölkələri də maraq göstəriblər.

Mayın sonunda "Avifavir" klinik sınaqların nəticələrinə görə effektivliyini sübut edib, Rusiya Səhiyyə Nazirliyinin qeydiyyat vəsiqəsini alıb və COVID-19 əleyhinə tərkibində aktiv favipiravir maddəsi olan dünyada ilk preparat olub. Daha sonra onu koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsi üçün metodik tövsiyələr siyahısına daxil ediblər.

"ABŞ hökumətinin istehsal edilən "Remdesivir" preparatının ("Gilead Sciences" şirkəti - red.) demək olar ki, 100 faizini önümüzdəki aylarda almaq qərarı və dünya bazarında effektiv preparatların çatışmazlığı nəzərə alınmaqla, Rusiya koronavirus ilə mübarizədə digər ölkələrə köməyə gəlməyə və "Avifavir"in xaricə təchizatına başlamağa hazırdır. Rusiya dərmanı bir neçə dəfə ucuzdur, eyni zamanda həb forması onun sərbəst qəbulunu asanlaşdırır, terapiyanı koronavirusa yoluxmanın erkən mərhələlərində həyata keçirməyə imkan verir", — RBİF rəhbəri Kiril Dmitriyev bildirib.

RBİF və "XimRar" şirkətlər qrupunun birgə müəssisəsi istehsal gücünü üç dəfə artırıb. Gözlənildiyi kimi, bu, "Avifavir"ə daxili tələbatı ödəməyə və onun xaricə tədarükünə başlamağa imkan verəcək.

Əsas mövzular