Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə 216 nəfər koronavirusdan öldü

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidМедицинские работники в госпитале COVID-19 в ЦИТО им. Н. Н. Приорова
Медицинские работники в госпитале COVID-19 в ЦИТО им. Н. Н. Приорова - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 654405-a çatıb. Rusiyada pandemiya yayılandan 9536 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 1 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6556 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 216 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 654405-a çatıb. Rusiyada pandemiya yayılandan 9536 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10281 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 422931-i keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,5 milyonu keçib, 510 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0