16:25 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2460 0 0

Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.

BAKI, 30 iyun — Sputnik. ABŞ Rusiya istehsalı olan "S-400" zenit raket komplekslərini hərtərəfli öyrənmək üçün Türkiyədən almaq istəyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Qovorit Moskva" radiostansiyasına açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər üzrə Komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov bildirib.

Onun sözlərinə görə, amerikalılarda Rusiya silahının analoqu yoxdur və "S-400"-ləri "boltlarına" qədər sökərək, özlərinə məxsus bir şey yaratmağa cəhd edəcəklər. Cabarovun fikrincə, Türkiyə Rusiyanın etibarlı tərəfdaşı statusunu qorumaq üçün kompleksləri satmağa razılıq verməyəcək. Əksə halda Türkiyə milə heç kəs belə bir razılaşma imzalamayacaq.

Respublikaçı-senator Con Tyun Türkiyədən Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin alınmasını təklif edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu 2021-ci il üçün milli müdafiə üçün illik büdcə ayrılmaları və xərclərinə dair qanununa (başqa adı Milli Müdafiə İcazə Aktını (NDAA)) edilən dəyişikliklər göstərir.

Senatorun təklifində Ankaranın buna dair istəyinin və Moskvanın icazəsi olmadan kompleksləri satmaq hüququnun olub-olmaması göstərilmir.

Öz növbəsində, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Cim Riş "CAATSA" qanununa dəyişiklik edərək (Sanksiyalar yolu ilə Amerikanın düşmənlərinə qarşı mübarizə haqqında qanun) Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

"S-400 Triumf" Rusiya istehsalı olan qısamənzilli və ortamənzilli zenit raket kompleksidir. Bu sistem bütün müasir və perspektiv hava-kosmik hücum vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

S-400 zenit raket kompleksləri, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

Xatırladaq ki, Ankara və Vaşinqtonun münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" zenit raket komplekslərinin tədarükü iyulun ortalarında başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 2020-ci ilin aprelində "S-400" tamamilə istifadəyə veriləcək. Birləşmiş Ştatlar bu sövdələşmədən imtina etməyi və əvəzində "Patriot" komplekslərini təklif edib. Vaşinqton bu məsələ ilə bağlı Türkiyəni "F-35" tipli qırıcıların satışını gecikdirmək və ya tamamilə dayandırmaqla, həmçinin sanksiyalarla hədələyib. Ankara güzəştə getməkdən imtina edib.

Qeyd edək ki, bu il Rusiya Türkiyəyə 2,5 milyard dollar qarşılığında dörd ədəd "S-400" divizionu tədarük edib. Tərəflər arasında müqavilədə daha bir divizion komplektinin də tədarükünün ola biləcəyi müddəası yer alır.

Əsas mövzular