20:37 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3930

Rusiya prezidenti Vladimir Putin özünün və baş nazirin qəti şəkildə eyni təyyarə ilə uçmaması, fərqli təyyarələrdən istifadə etməklə ikisinin eyni vaxtda vəzifə yerindən uzaqlaşmamasına dair qərar verdiyini bildirib.

BAKI, 28 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin özünün və baş nazirin qəti şəkildə eyni təyyarə ilə uçmaması, fərqli təyyarələrdən istifadə etməklə ikisinin eyni vaxtda vəzifə yerindən uzaqlaşmamasına dair qərar verdiyini bildirib.

Sputnik radiosunun məlumatına görə, Putin, "Rossiya 1" telekanalına verdiyi müsahibədə bu qaydanı tətbiq etməsi ilə bağlı deyib:

"Mən belə bir qayda tətbiq etdim – prezident və baş nazir heç vaxt bir təyyarədə uçmurlar və hətta eyni vaxtda müxtəlif təyyarələrdə uçmurlar. Çünki ölkədəki vəziyyətə görə bizim üzərimizə xüsusi məsuliyyət düşür".

Baş nazir Mixail Mişustinin xəstələndiyi dövrü xatırladan Putin deyib ki, həmin vaxt çox diqqətli hərəkət etmək və iş qrafikini də bu vəziyyətə uyğunlaşdırmaq məcburiyyətində qalıb:

"Hökumət başçısının xəstələndiyi təəssüf ki, üzə çıxanda, mən sadəcə, çox səliqəli hərəkət etməli və iş qrafikimi müvafiq surətdə tərtib etməli idim".

Putin insanlarla sohbət etməyi xoşladığını, bu səbəbdən də özünütəcrid qaydasının onun üçün bir sınaq olduğunu vurğulayıb:

"İnsanlarla canlı ünsiyyət qurmaq məndə daxilən məmnunluq yaradır. Amma yaxşı başa düşdüm ki, vəziyyət iş rejiminin dəyişdirilməsini, iş qrafikini tələb edir".

Əsas mövzular