05:08 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
6 0 0

Ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, seçkilər də daxil olmaqla ölkənin daxili işlərinə qarışılır

BAKI, 25 iyun — Sputnik. Rusiya Belarusda keçiriləcək seçkilərə müdaxilə etməyə hazırlaşmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada birmənalı olaraq cavab vermək olar ki, Rusiya Federasiyası xüsusi ilə bizim müttəfiqimiz Belarusda gedən seçki prosesi daxil olmaqla, heç bir ölkənin seçki prosesinə müdaxilə etməyib, etmir və müdaxilə etməyə hazırlaşmır", - deyə Peskov vurğulayıb.

O, həmçinin bildirib ki, Minsk Moskvanın seçkilərə müdaxilə etməsinə dair heç bir sübut təqdim etməyib. Peskovun sözlərinə görə, "bu isə bu cür ittihamların nə qədər həqiqətə uyğun gələ biləcəyi" barədə düşünməyə məcbur edir.

O vurğulayıb ki, ötən gün Putin və Lukaşenko kuluarlarda qısa söhbət ediblər: "İki lider öz dialoqunu davam etdirir, tez-tez və məzmunlu şəkildə danışırlar".

Qeyd edək ki, ötən gün Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, seçkilər də daxil olmaqla ölkənin daxili işlərinə qarışılır. Onun sözlərinə görə, rəsmi qurumları nüfuzdan salmaq üçün internetdə "dəhşətli feyklər" yayırlar. O, oğlunun guya İsveçdə 840 milyon dollarının olması barədə yayılan xəbəri nümunə olaraq göstərib. Lukaşenko vurğulayıb ki, dezinformasiya Rusiyadan gəlir və o, bunu Rusiya Prezidenti ilə müzakirə etmək niyyətindədir.

 

Əlaqədar

Lukaşenko "qardaş" məsələsini yada saldı, amma hökumətə başqa tapşırıq verdi
Lukaşenko yenə koronavirusdan danışdı – Onun öz versiyası var
MDB ölkələri sərhədləri açır?
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı

Əsas mövzular