Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı

© Sputnik / Sergey Loskutov / Mediabanka keçidПарад Победы на Красной площади в Москве 24 июня 1945 года .Участники парада несут к подножию Мавзолея В. И. Ленина немецкие штандарты.
Парад Победы на Красной площади в Москве 24 июня 1945 года .Участники парада несут к подножию Мавзолея В. И. Ленина немецкие штандарты. - Sputnik Azərbaycan
Abunə olmaq
Parad iki saat (122 dəqiqə) güclü yağış altında davam edib. Paradda 24 marşal, 249 general, 2536 digər zabit, 31116 serjant və əsgər iştirak edib

BAKI, 24 iyun — Sputnik. 75 il öncə bu gün Moskvanın Qırmızı Meydanında SSRİ-nin Böyük Vətən müharibəsində faşist Almaniyası üzərində qələbəsinə həsr olunmuş ilk və ən məşhur paradı baş tutdu. Paradı Ali Baş Komandanın müavini, 1-ci Belarus Cəbhəsi Qoşunlarının Komandanı, Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib. 2-ci Belarus Cəbhəsi Qoşunlarının Komandanı, Sovet İttifaqı Marşalı Konstantin Rokosovski isə paradın komandanı olub.

Qaliblərin paradının keçirilməsi haqqında qərar Qələbə Günündən qısa müddət sonra SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalin tərəfindən qəbul edilib. 1945-ci il mayın 24-də Baş Qərargah Qələbə Paradının keçirilməsi ilə bağlı təklifləri ona məruzə edib. O, təklifləri qəbul edib, lakin keçirilmə vaxtı ilə razılaşmayıb. Baş Qərargah paradın hazırlanmasına iki ay vaxt ayırıb, Stalin isə paradı bir ay sonra keçirməyi əmr edib.

© Sputnik / Mihail Ozerskiy / Mediabanka keçidMoskvada Qırmızı Meydanda Qələbə paradı, 24 iyun 1945-ci il. Paradı Sovet İttifaqının marşalı Q.K.Jukov qəbul edib.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
Moskvada Qırmızı Meydanda Qələbə paradı, 24 iyun 1945-ci il. Paradı Sovet İttifaqının marşalı Q.K.Jukov qəbul edib.

Paradı at belində qəbul etmək lazım idi, Stalin isə bundan imtina edib. O, yaşlı idi və yəhərdə özünü saxlaya bilməzdi, buna görə də Jukovu dəvət edib və ona deyib: "Siz daha cavansınız, siz süvarisiniz, buna görə də paradı siz qəbul edəcəksiniz". Qırmızı Ordu Baş Qərargah rəisinin 24 May 1945-ci il tarixli göstərişinə əsasən, Qələbə Paradında iştirak üçün cəbhələrdən 10 birləşmiş alay, həmçinin Hərbi Dəniz Donanmasından və Xalq Müdafiə Komissarlığından birləşmiş alaylar formalaşdırılıb. Bundan əlavə, paradda Moskva şəhəri və Moskva vilayətində yerləşən hərbi akademiyalar və məktəblər, Moskva Qarnizonunun qoşunları iştirak edib. Cəbhələrin birləşmiş alayları döyüşlərdə fərqlənmiş sıravi, çavuş və zabitlərlə komplektləşdirilib, hər alay piyadalar, süvarilər, tankçılar, artilleriyaçılar, təyyarəçilər, istehkamçılar və rabitəçilərlə təmsil olunub. Alaylara döyüşlərdə ən çox fərqlənmiş hissələrin və cəbhə birləşmələrinin 36 döyüş bayrağını aparan xüsusi hazırlanmış bayraqdarlar və köməkçilər daxil idi. Ümumilikdə, komanda heyəti də daxil olmaqla, hər bir birləşmiş alayda min nəfərdən çox adam var idi. Dəniz Donanmasının birləşmiş alayı Şimali, Baltik və Qara dəniz donanmalarının, Dnepr və Dunay flotiliyalarının bütün növ qüvvələrindən ibarət idi. Qələbə Paradının iştirakçıları iyunun 10-da xüsusi qatarlarda Moskvaya gəlməyə başlayıblar. Onları Alyoşkin, Lefortovo, Oktyabr və Çernışev kazarmalarında yerləşdiriblər.

© Sputnik / Mediabanka keçidMoskvada Qırmızı Meydanda Qələbə paradı zamanı mərasim marşı, 24 iyun 1945-ci il.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
Moskvada Qırmızı Meydanda Qələbə paradı zamanı mərasim marşı, 24 iyun 1945-ci il.

Piyada hissələrinin məşqi Moskvada M.V.Frunze adına Mərkəzi Aerodrom yaxınlığındakı Xodınka adlı ərazidə aparılıb. Sadovoye halqasında, Krım körpüsündən Smolensk meydanına qədər artilleriya hissələrinə baxış keçirilirdi; motomexaniki və zirehli texnika baxış-məşqini Kuzminka poliqonunda keçirirdi.

Paradın düzülüşü cəbhələrin ümumi xəttinə uyğun olaraq sağdan sola təşkil olunub. Hər bir birləşmiş alay üçün onların xüsusilə sevdiyi hərbi marş məxsusi olaraq təyin edilib.

Paradın bütün iştirakçıları üçün yeni nümunəyə uyğun parad geyimi tikilib. Bolşoy Teatrının bədii-istehsal emalatxanalarında 10 bayraq hazırlanıb. Onların altında cəbhələrin birləşmiş alayları parada çıxmalı idi. Orada 360 döyüş bayrağının ağaclarını bəzəyən yüzlərlə orden lenti də hazırlanıb. Lentlərin hər biri döyüş ordenində qeyd edilən kollektiv rəşadəti ifadə edirdi. Bayraqların əksəriyyəti qvardiya bayrağı idi.

Təşkilatçıların planına görə, qoşunların yürüşü iyunun 20-də Berlindən Moskvaya gətirilmiş Qələbə Bayrağının meydana çıxarılması ilə başlamalı idi. Bayrağı Mixail Yeqorov və Meliton Kantariya daşımalı idilər. Onlar bu bayrağı reyxstaq üzərində sancmışdılar. Stepan Neustroyev da bayrağı daşımalı idi, lakin onun batalyonunun kifayət qədər sıra hazırlığı yox idi. Bundan əlavə, Neustroyevin bir neçə yarası var idi, o cümlədən ayağında. O, axsayırdı və buna görə də onun Qələbə Bayrağını daşımaması qərara alındı.

© Sputnik / Sergey Loskutov / Mediabanka keçidMoskvada Qırmızı Meydanda Qələbə paradı zamanı alayların birinin bayraqdarları, 24 iyun 1945-ci il.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
Moskvada Qırmızı Meydanda Qələbə paradı zamanı alayların birinin bayraqdarları, 24 iyun 1945-ci il.

1945-ci il iyunun 22-də mərkəzi Sovet qəzetlərində Ali Baş Komandan Stalinin 370 saylı əmri dərc edilib: "Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbənin qeyd olunması üçün fəaliyyət göstərən Ordunun, Hərbi Dəniz Donanmasının və Moskva Qarnizonunun qoşunlarının 24 iyun 1945-ci il tarixinə Moskvanın Qırmızı Meydanında Qələbə Paradını təyin edirəm".

Həmin gün Moskvanın Qırmızı Meydanında paradın baş məşqi keçirilib.

1945-ci il iyunun 24-də səhər buludlu və yağışlı olub. Saat səkkizdə parad iştirakçıları düzülüb. Saat doqquza qədər Kreml divarının yanındakı qranit tribunalar SSRİ Ali Sovetinin və RSFSR-in deputatları, xalq kommissarlıqlarının işçiləri, mədəniyyət xadimləri, SSRİ Elmlər Akademiyasının yubiley sessiyasının iştirakçıları, Moskva zavodlarının və fabriklərinin zəhmətkeşləri, Rus Pravoslav Kilsəsinin iyerarxları, xarici diplomatlar və çoxsaylı xarici qonaqlarla dolu olub. Saat 09:45-də Lenin Mavzoleyinin tribunasına İosif Stalinin başçılığı ilə Sovet hökumətinin və Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının rəhbərləri qalxıb.

Paradının komandiri Konstantin Rokossovski qara at üzərində paradı qəbul edən Georgi Jukova tərəf hərəkət üçün yerini alıb. Saat 10-da Kreml zənglərinin çalması ilə Georgi Jukov ağ atda Qırmızı Meydana çıxıb. Rokossovskinin Jukova raportundan və onların qoşunlara baxış keçirməsindən sonra "Hamınız dinləyin!" siqnalı səslənib və general-mayor Sergey Çernetskinin rəhbərliyi altında 1,4 min nəfərdən ibarət birləşmiş hərbi orkestr Mixail Qlinkanın "Rus xalqına eşq olsun!" himnini ifa edib. Sonra Mavzoleyin tribunasından Jukov açılış nitqini söyləyib.

© Sputnik / Anatoliy Garanin / Mediabanka keçidMoskvada Qırmızı Meydanda Qələbə paradına gələn xarici qonaqlar, 24 iyun 1945-ci il.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
Moskvada Qırmızı Meydanda Qələbə paradına gələn xarici qonaqlar, 24 iyun 1945-ci il.

Bundan sonra SSRİ-nin dövlət himni səslənib və eyni zamanda artilleriya 50 yaylım atəşi açıb. Meydanda üç dəfə "Ura!" sözü eşidilib.

Sonra qoşunların təntənəli yürüşü başlayıb. Hərbi əməliyyatlar səhnəsində müharibənin sonunadək cəbhələrin vəziyyəti və fəaliyyətinə uyğun olaraq (şimaldan cənuba) cəbhələrin birləşmiş alayları qoşun komandanlarının rəhbərliyi ilə (1-ci və 2-ci Belarus cəbhələrinin alayları komandanların birinci müavinlərinin rəhbərliyi ilə) aşağıdakı kimi meydana çıxıb: Kareliya cəbhəsi (Sovet İttifaqının Marşalı Kirill Meretskov), Leninqrad cəbhəsi (Sovet İttifaqının Marşalı Leonid Danilov), 1-ci Baltikyanı cəbhə (ordu polkovniki İvan Baqramyan), 3-cü Belarus cəbhəsi (Sovet İttifaqının Marşalı Aleksandr Vasilevski), 2-ci Belarus cəbhəsi (general-polkovnik Kuzma Trubnikov), 1-ci Belarus cəbhəsi (ordu generalı Vasili Sokolovski), 1-ci Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı İvan Konev), 4-cü Ukrayna cəbhəsi (ordu generalı Andrey Yeremenko), 2-ci Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı Rodion Malinovski), 3-cü Ukrayna cəbhəsi (Sovet İttifaqının Marşalı Fedor Tolbuxin). Hərbi Dəniz Donanmasının birləşmiş alayına vitse-admiral Vladimir Fadeev rəhbərlik edib.

Bütün cəbhələrin birləşmiş alaylarının ilk cərgələrində ordu komandirləri gedib, bölmələrə isə korpus, diviziya və briqada komandirləri rəhbərlik edib. 1-ci Belarus cəbhəsinin birləşmiş alayının tərkibində Polşa Ordusunun (Polşa Ordusunun Baş Qərargah rəisi, general broni Vladislav Korçits başda olmaqla) nümayəndələri və 4-cü Ukrayna cəbhəsinin tərkibində diviziya generalı Lyudvik Svobodanın komandanlığı altında 1-ci Çexoslovakiya ordu korpusunun döyüşçüləri xüsusi cərgə ilə keçiblər.

© Sputnik / Sergey Loskutov / Mediabanka keçidÜçüncü Belarus cəbhəsinin hərbçiləri Moskvada Qırmızı Meydanda Qələbə paradında, 24 iyun 1945-ci il.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
Üçüncü Belarus cəbhəsinin hərbçiləri Moskvada Qırmızı Meydanda Qələbə paradında, 24 iyun 1945-ci il.

Hər bir birləşmiş alay öz döyüş marşının müşayiəti ilə, demək olar ki, dayanmadan keçib. Daha sonra orkestr susub və bu sükutda 80 barabanı vurmağa başlayıblar. Qırmızı Meydana F.E.Dzerjinski adına Xalq Daxili İşlər Komissarlığının Xüsusi Təyinatlı 1-ci Motoatıcı Diviziyasının əsgərləri girib. Onlar alman qoşunlarının yerə endirilmiş 200 bayrağını daşıyıb. Mavzoleyin ətəyində iki taxta səki var idi. Döyüşçülər ora çatanda sağa dönüb və təcavüzkarın sarsıdıcı məğlubiyyətinin əlaməti olaraq bu bayraqları səkilərə atıb. Tribunalarda alqışlar başlayıb.

Daha sonra orkestr yenə ifa etməyə başlayıb və Moskva Qarnizonunun qoşunları, SSRİ Xalq Müdafiə Komissarlığının birləşdirilmiş alayı, hərbi akademiyalardan və Suvorov hərbi məktəblərindən iştirakçılar təntənəli marşla keçiblər. Bundan sonra meydana birləşmiş atlı briqada, onun ardınca isə müxtəlif növ hərbi texnika, motosikletçilərin bölmələri, avtomobillərdə hava-desant qoşunları və s. daxil olublar. Qırmızı Meydanda parad birləşdirilmiş orkestrin keçməsi ilə başa çatıb.

© Sputnik / Sergey Loskutov / Mediabanka keçidİkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəyə həsr olunmuş Moskvada Qırmızı meydanda Qələbə paradı, 24 iyun 1945-ci il. Parad iştirakçıları V.İ.Leninin mavzoleyinə alman nişanlarını atırlar.
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı - Sputnik Azərbaycan
İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qələbəyə həsr olunmuş Moskvada Qırmızı meydanda Qələbə paradı, 24 iyun 1945-ci il. Parad iştirakçıları V.İ.Leninin mavzoleyinə alman nişanlarını atırlar.

Parad iki saat (122 dəqiqə) güclü yağış altında davam edib. Paradda 24 marşal, 249 general, 2536 digər zabit, 31116 serjant və əsgər iştirak edib.

Həmin gün axşam saat 11-də 100 aerostatdan 20 min raket yaylımla buraxılıb. Səmada projektorların şüaları ilə "Qələbə" ordeninin təsvirinin əks olunması bayramın kulminasiyası olub.

Növbəti gün, iyunun 25-də Böyük Kreml sarayında Qələbə Paradının iştirakçılarının şərəfinə ziyafət verilib. Moskvadakı möhtəşəm bayramdan sonra Sovet hökumətinin və Ali Komandanlığın təklifi ilə Sovet İttifaqı, Amerika, Britaniya və Fransa qoşunlarının iştirak ilə 1945-ci ilin sentyabrında Berlində müttəfiq qüvvələrin kiçik bir paradı da baş tutub.

Xəbər lenti
0