13:58 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
6 0 0

Rusiyada pandemiya yayılandan 8359 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 12 013 nəfər olub.

BAKI, 23 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7425 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 153 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 599 705-ə çatıb. Rusiyada pandemiya yayılandan 8359 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 12 013 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 356 429 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 9 milyonu keçib, 464 mindən çox adam isə virus səbəbilə ölüb.

Əsas mövzular