21:15 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Dünyanı cənginə almış bəla (496)
7720

Aleksandr Ginsburq qeyd edib ki, preparatın belə uzunmüddətli təsiri Milli Tədqiqat Mərkəzi və Rusiya Müdafiə Nazirliyinin Afrika Qvineyasında Ebola virusuna qarşı peyvəndlər üzərində birgə işi zamanı sübuta yetirilib

BAKI, 22 iyun — Sputnik. Müdafiə Nazirliyi ilə birlikdə hazırlanmış koronavirus peyvəndi iki ildən çox təsir göstərəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin (MTM) direktoru Aleksandr Ginsburq "Krasnaya zvezda" ("Qırmızı ulduz") qəzetinə müsahibəsində bildirib.

Ginsburqun sözlərinə görə, dərman virusda "tac" proteinini kodlaşdıran genlərin çatdırılması üçün adenovirus konteynerlərindən istifadə edir. Onu iki dəfə yeridəcəklər. Eyni gen müxtəlif daşıyıcılara yeridilir ki, bu da müddəti artırmaq üçün qoruyucu protektiv immunitet qazanmağa imkan verir.

Ginsburqun fikrincə, bu yolla qəbul edilmiş vaksin, insanı mümkün koronavirus infeksiyasından ən azı iki il, bəlkə də daha uzun müddət ərzində qorumağa zəmanət verir.

Ginsburq qeyd edib ki, preparatın belə uzunmüddətli təsiri Milli Tədqiqat Mərkəzi və Rusiya Müdafiə Nazirliyinin Afrika Qvineyasında Ebola virusuna qarşı peyvəndlər üzərində birgə işi zamanı sübuta yetirilib.

Dərmanın tələb olunan miqdarı barədə danışarkən, MTM-in direktoru deyib ki, Rusiya əhalisinin koronavirusdan kütləvi peyvəndlənməsi üçün preparatın yetmiş milyon dozaya qədər istehsalı tələb olunur.

Ölkə rəhbərliyi və səhiyyə təşkilatları artıq istehsalın miqyaslaşdırılması prosesinin qurulması üçün tədbirlər görürlər.

Bununla yanaşı, akademik xarici tibb təşkilatlarının mütəxəssislərinin açıqlığın zəruriliyi ilə bağlı bəyanatlara baxmayaraq, vaksinin işlənib-hazırlanma texnologiyalarını bölüşməyə tələsmədiklərini də söyləyib.

18 iyun tarixində Burdenko adına hospitalda 18 könüllü üzərində MTM və Müdafiə Nazirliyi tərəfindən yaradılmış peyvəndin klinik sınaqları başlayıb. Sınaqların iyulun sonuna qədər başa çatdırılması planlaşdırılır.

Mövzu:
Dünyanı cənginə almış bəla (496)

Əlaqədar

COVID-19-un çarəsini ötən əsrdə axtarırlar
Koronavirus beynə necə daxil olur? Alimlər açıqlayıblar
Çin günahını bu şəkildə yumaq istəyir - Bütün dünyaya söz verdi
Beş manat ver, virusdan xilas ol
Koronavirus peyvəndi bizi 1 il qoruya biləcək

Əsas mövzular