04:43 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
9301

Hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və digər şəxslərin əmlakına qəsdən ziyan vurmaqla maddələri ilə cinayət işi başladılıb.

BAKI, 17 iyun — Sputnik. Dağıstanda Azərbaycan vətəndaşları üçün müvəqqəti saxlanma düşərgəsində baş verən insidentlə bağlı cinayət işi başlanılıb və 10 nəfər saxlanılıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə məlumat Regional İstintaq Komitəsinin saytında yerləşdirilib.

Bazar ertəsi Dağıstanda olan azərbaycanlılar pandemiya ilə bağlı vətənlərinə qayıda bilmədikləri üçün "Qafqaz" federal trasını bağlamaq istəyiblər. Polis qanundankənar hərəkətləri dayandırmaq barədə çağırışlar edib, bundan sonra azərbaycanlılarla DİN əməkdaşları arasında qarşıdurma yaranıb, bir neçə maşına zərər dəyib. Rusiya tərəfi bildirir ki, nəticədə 9 polis əməkdaşı xəsarət alıb, ümumilikdə 400 min rubl (təxminən 9780 AZN) məbləğində maddi zərər dəyib.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi (hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci bəndi (digər şəxslərin əmlakına qəsdən ziyan vurmaqla) üzrə cinayət işi başladılıb.

Qeyd edək ki, ötən gün polis bölməsinə 90-a yaxın şəxs gətirilmişdi.

Əlaqədar

Dağıstan rəhbəri Azərbaycanla sərhədə gəlib – İnsidentə görə
Sərhəddə qalan azərbaycanlıların dərdinə Dağıstan rəhbəri çarə təklif etdi
Prezidentin köməkçisindən Dağıstanda baş verənlərə münasibət: "Təəssüflənirik"

Əsas mövzular