Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada daha bir acı rekorda imza atdı - Koronavirusa yoluxanların sayı 550 mini keçdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidРабота ГКБ № 15 им О. М. Филатова
Работа ГКБ № 15 им О. М. Филатова  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan bəri 7478 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10036 nəfər olub

BAKI, 17 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7843 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 194 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 553301-ə çatıb. Rusiyada pandemiya yayılandan bəri 7478 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 10036 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 304342-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8,1 milyonu keçib, 446 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0