Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin, Ərdoğan və Ruhani virtual görüş keçirəcəklər

© Photo : Cem Oksuz / Turkish Presidential Palace / Handout via REUTERSTürkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il //
Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il // - Sputnik Azərbaycan
Abunə olmaq
Mən bu gün cənab Lavrovdan "Astana formatında" virtual görüşün keçirilməsinə razılıq aldım, ötən gün isə bu razılığı Türkiyə Xarici İşlər nazirindən almışdım

BAKI, 16 iyun — Sputnik. Rusiya, Türkiyə və İran Suriya üzrə "Astana üçlüyü"nün onlayn sammitinin keçirilməsi barədə razılığa gəliblər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Astana sammiti"ni biz əvvəlcə virtual, daha sonra isə şəxsi görüşlər səviyyəsində keçirəcəyik. Mən bu gün cənab Lavrovdan "Astana formatında" virtual görüşün keçirilməsinə razılıq aldım, ötən gün isə bu razılığı Türkiyə Xarici İşlər nazirindən almışdım. Ona görə də hər üç ölkənin rəhbərləri sammiti virtual formatda keçirəcəklər", - deyə Zərif Lavrovla Moskvadakı görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

O vurğulayıb ki, şərtlər münasib olan kimi hər üç ölkənin lideri şəxsən görüşəcəklər.

Xəbər lenti
0