20:48 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
13 0 0

Mariya Zaxarova: "Rusların guya Amerika şəhərlərindəki etiraz nümayişlərini qızışdırmaq üçün istifadə etdikləri "sosial şəbəkələr", ABŞ-da qeydə alınıb, amerikalılara aiddir və oradan qanuni şəkildə tənzimlənir".

BAKI, 1 iyun – Sputnik. "Rusiyanın guya ABŞ-dakı iğtişaşlarda əlinin olması ilə bağlı ittihamları çirkin informasiya manipulyasiyasıdır". Sputnik radiosu-nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Syuzan Rays bəyan etmişdi ki, ABŞ-da baş verən etiraz aksiyalarının və zorakılığın arxasında Rusiya dayana bilər. O, qeyd edib ki, hər hansı sübuta ehtiyac duymur və öz təcrübəsinə əsaslanır.

"Xanım Rays! Bir vaxtlar partiyadakı yoldaşlarınız Rusiyanı xoşunuza gəlməyən hər şeydə ittiham etmək kimi axmaq bir konsepsiya uyduraraq ölümcül səhvə yol verdilər. ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton və Obamanın (ABŞ-ın sabiq prezidenti Barak Obama) bütün komandası özlərini və bütün dünyanı inandırmağa çalışırdılar ki, ABŞ-ın daxili problemləri "kənardan", daha doğrusu Rusiya tərəfindən yaradılır və mürəkkəbləşdirilir. Siz bu gün həmin səhvi təkrarlamağa çalışırsınız, CNN jurnalisti ilə birlikdə çirkli məlumat manipulyasiyası metodlarına müraciət edirsiniz: onları dəstəkləmək üçün saxta ifadələr və sıfır faktlar. Sizin CNN-ə müsahibəniz də təbliğatdır", - deyə Zaxarova öz Facebook səhifəsində yazıb.

O xatırladıb ki, ABŞ-ın qənaətinə görə, rusların Amerika şəhərlərindəki etiraz nümayişlərini qızışdırmaq üçün istifadə etdikləri "sosial şəbəkələr", ABŞ-da qeydə alınıb, amerikalılara aiddir və oradan qanuni şəkildə tənzimlənir. "

"Siz yenidən "Rusiya kartı"nı oynamağa çalışırsınız? Çox oynadınız, reallığa qayıdın. İnsanlarınızın qarşısına çıxın və onların gözlərinə baxaraq deyin ki, sizi Youtube və Facebook vasitəsilə ruslar idarə edir. Və mən Amerikanın fəaliyyətindəki "müstəsna"lığa baxacağam", - deyə Zaxarova əlavə edib.

ABŞ-ı sarsıdan iğtişaşlar dalğası, Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Sputnik radiosu əvvəllər də bildirmişdi ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp, Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanmasına Milli Qvardiyanı cəlb etməyə çağırıb.

Əsas mövzular