01:31 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Dünyanı cənginə almış bəla (332)
9101

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 29 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 84 regionunda 8572 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 232 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 387623-ə çatıb. Rusiyada pandemiya yayılandan 4374 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8264 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 159257-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virusa yoluxanların sayı 5,8 milyonu keçib, 360 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (332)

Əlaqədar

Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Ölü sayı durmadan artır, çarə isə tapılmır

Əsas mövzular