05:57 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Dünyanı cənginə almış bəla (488)
3202

Tibb bacıları hesab ediblər ki, onları tibb işçilərinin yataqxanasına göndərəcəklər, ancaq onları morqa salıblar

BAKI, 24 may — Sputnik. Arxangelsk Mərkəzi rayon xəstəxanasının iki tibb bacısını işdən çıxarmaq və cinayət məsuliyyəti hədəsi ilə morqda bağlı saxlayıblar. Bu qərar isə qadınların koronavirusa yoluxmuş xəstələrlə təmasda olduqlarına görə verilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, tibb bacılarının sözlərinə görə, qaçmamaları üçün onlara hətta gözətçilər də təyin olunub. Qadınlardan biri deyib ki, mayın 14-də 65 yaşlı bir qadında koronavirus təsbit olunub, elə həmin gün onu Ufaya göndəriblər. İki tibb bacısı isə həmin qadının olduğu palatada sanitar-təmizlik işləri aparıblar. Onları da məhz bundan sonra təcrid etmək qərara alınıb. Tibb bacıları hesab ediblər ki, onları tibb işçilərinin yataqxanasına göndərəcəklər, ancaq onları morqa salıblar. Qadınlar ağlayıb etiraz etsələr də, baş həkim onları morqa əli qandallı göndərəcəyi ilə hədələyib.

Tibb bacıları deyirlər ki, morqdakı boksda nə isti su, nə qızdırıcı, nə duş, nə sabun var, ancaq onları ən çox narahat edən “meyitlərin qoxusu olub”. Sabahı gün onlardan birinə tək yaşadığı üçün özünün fərdi evində təcrid olunmağa icazə veriblər. İkincinin evində qohumları olduğu üçün onu hospitala növbəyə göndəriblər. Axşamtərəfi onu evə buraxıb, amma şərt qoyublar ki, əgər xəstəxanada pnevmoniya və ya KRVİ xəstəsi peyda olsa, yenidən işə çağıracaqlar.

Xəstəxananın baş həkimi Lüdmila Xatmullina isə deyib ki, tibb bacıları bakterioloji laboratoriyanın izolyatorunda saxlanıblar, ora isə morqla bir binada yerləşir. “Onlar orada gecələyiblər, orada bizim daim bir işçimiz olur, heç bir qoxu-filan da yoxdur”, - Xatmullina deyib. Həkimin sözlərinə görə, hospitalın və izolyatorun iş sxemi bütün instansiyalarla razılaşdırıb.

Rusiyada son sutka ərzində 8599 nəfərdə koronavirus aşkarlanıb. Pandemiya başlanandan şimal qonşumuzun 85 bölgəsində 344481 nəfər bu virusa yoluxub. Bu müddət ərzində 3541 nəfər ölüb, 113299 xəstə isə sağalıb.

Mövzu:
Dünyanı cənginə almış bəla (488)

Əlaqədar

Koronavirusdan ən çox belə xəstələr ölür
ÜST koronavirusun yeni mərkəzinin adını açıqladı
Qonşularımız arasında nə baş verir? Koronavirus iki ölkəni düşmən edir
Cərrah-onkoloq: Koronavirusa yoluxan xərçəng xəstələrini xilas etmək çox çətindir
İkinci mərhələ başlayır: Koronavirus əleyhinə peyvəndin bir addımlığında

Əsas mövzular