Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Özünütəcrid pis şeydir – Dmitri Medvedev

© Sputnik / Ekaterina Shtukina / Mediabanka keçidПредседатель правительства РФ Дмитрий Медведев на территории Московского международного делового центра "Москва-Сити"
Председатель правительства РФ Дмитрий Медведев на территории Московского международного делового центра Москва-Сити  - Sputnik Azərbaycan
Abunə olmaq
O, həmçinin dost və həmkarlarla ünsiyyətin azaldılmasını da mənfi məqam adlandırıb. Medvedevin sözlərinə görə, onlayn iş ünsiyyəti heç də həmişə məhsuldar olmur

BAKI, 21 may — Sputnik. “Özünütəcrid pis şeydir, o, hər kəs üçün mənfi xüsusiyyətə malikdir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının lideri Dmitri Medvedev deyib.

Startup Village onlayn konfransında Medvedevdən özünütəcrid barədə fikirlərini soruşublar, o isə rəyini dörd tezislə bildirib.

“Təcrid – pisdir, özü də aydındır ki, o, hər kəs üçün pisdir. İkinci tezis – dövlət qulluqçuları təcrid olunmurlar, əks halda idarəetmə ilə kim məşğul olar?” – Medvedev deyib.

O, həmçinin dost və həmkarlarla ünsiyyətin azaldılmasını da mənfi məqam adlandırıb. Medvedevin sözlərinə görə, onlayn iş ünsiyyəti heç də həmişə məhsuldar olmur. Müsbət cəhət kimi isə siyasətçi ailə ilə keçirilən vaxtın artmasını göstərib.

Xəbər lenti
0