13:17 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1901

Hadisə yerinə HKS-in Baş Komandanlığının komissiyası göndərilib. Bildirilir ki, Mi-8 uçuşu hərbi komplektsiz keçirib

BAKI, 19 may — Sputnik. Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Mi-8 vertolyotu Moskva yaxınlığındakı Klin rayonunda eniş edərkən yerə çırpılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, xəbəri ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə bu gün yerli vaxtla 20 radələrində olub.

“Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Mi-8 vertolyotu təlim-tədris uçuşunu yerinə yetirərkən Klin (Moskva vilayəti) yaşayış məntəqəsindən 20 km aralıda, insan yaşamayan ərazidə sərt eniş edib. Vertolyotun heyət üzvləri aldıqları xəsarətlərdən keçiniblər”, - məlumatda deyilir.

Nazirlik hadisə zamanı üç nəfərin öldüyünü bildirib.

Hadisə yerinə HKS-in Baş Komandanlığının komissiyası göndərilib. Bildirilir ki, Mi-8 uçuşu hərbi komplektsiz keçirib.

“İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilər”, - Müdafiə Nazirliyindən bildirilib.

Əsas mövzular