02:08 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2010

O, Dağıstan xəstəxanalarının  virusa yoluxanlarla dolu olduğunu, xeyli adamın öldüyünü bildirib. O, ölənlər arasında xeyli tanışının da olduğunu bildirərək, insanları həkim məsləhətinə riayət etməyə, evdən çıxmamağa, eləcə də Ramazan bayramını evdə keçirməyə çağırıb.

BAKI, 19 may — Sputnik. Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

View this post on Instagram

🤲

A post shared by Khabib Nurmagomedov (@khabib_nurmagomedov) on

Hazırda, Həbib Nurməhəmmədovun atası Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Əvvəlcə pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub.

“Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır” – deyə, Həbib Nurməhəmmədov bildirib.

Bundan əlavə o, Dağıstan xəstəxanalarının  virusa yoluxanlarla dolu olduğunu, xeyli adamın öldüyünü bildirib. O, ölənlər arasında xeyli tanışının da olduğunu bildirərək, insanları həkim məsləhətinə riayət etməyə, evdən çıxmamağa, eləcə də müqəddəs Ramazan bayramını evdə keçirməyə çağırıb.

Əsas mövzular