Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 270 mini keçdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВрачи в центральной клинической больнице "РЖД-Медицина" в Москве
Врачи в центральной клинической больнице РЖД-Медицина в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, dünya üzrə koronavirus infeksiyasına indiyədək yoluxanların sayı artıq 4,5 milyonu keçib.

BAKI, 16 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 83 regionunda 9200 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 119 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 272043-ə çatıb.

Rusiyada pandemiya yayılandan 2537 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 4940 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 63166-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu keçib, 307 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0