Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin mətbuat katibi koronavirusa yoluxub

© Sputnik / Sergey Guneev / Mediabanka keçidДмитрий Песков, фото из архива
Дмитрий Песков, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl, Rusiyanın Baş Naziri Mixail Mişustində, Tikinti və Mənzil-Kommunal Təsərrüfat naziri Vladimir Yakuşevdə və Mədəniyyət naziri Olqa Lyubimovada da koronavirus aşkarlanıb.

BAKI, 12 may — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni tip koronavirusa yoluxduğunu deyib. Sputnik Azərbaycan xəbər verir ki, Peskov özü bu barədə RİA Novosti-ni məlumatlandırıb.

Prezidentin mətbuat katibi hazırda xəstəxanadadır.

Xatırladaq ki, aprelin 30-u Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustin ölkə Prezidenti Vladimir Putinə koronavirusa yoluxduğu barədə məlumat verib.

"Hörmətli Vladimir Vladimiroviç, indicə məlum oldu ki, koronavirusa görə verdiyim testlərin nəticəsi müsbət olub", - Mişustin videokonfrans zamanı Putinə deyib.

Həmçinin Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfat naziri Vladimir Yakuşevdə və Mədəniyyət naziri Olqa Lyubimovada da koronavirus aşkarlanıb.

Xəbər lenti
0