05:45 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
28 0 0

“Koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasında istənilən tələskənlik durumun yenidən geri qayıtması ilə nəticələnə bilər”.

BAKI, 6 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə bağlı daha əvvəl iqtisadiyyatın və sosial sahənin dəstəklənməsinə dair qəbul olunan tədbirlərin reallaşdırılması ilə bağlı videokonfrans formatında iclas keçirib. Sputnik Azərbaycan xəbər verir ki, Putin məsələ ilə bağlı qubernatorların hesabatlarını dinləyib.

İclas zamanı Putin eyni zamanda koronavirusa yoluxan ölkənin Baş Naziri Mixail Mişustinin səhhəti barədə məlumat verərək qeyd edib ki, onun vəziyyəti yaxşılaşır: "Biz onunla hər gün əlaqədəyik. O, gündəlik işlərdə iştirak edir, bütün qərarlarımızın hazırlanmasında iştirak edir. Ona tezliklə sağalmağı arzu edirəm".

Putin qeyd edib ki, koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasında istənilən tələskənlik durumun yenidən geri qayıtması ilə nəticələnə bilər: "İrəli qaçmaq lazım deyil. Yalnız alimlərin fikirlərinə əsaslanaraq məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılmasına dair qərar qəbul etmək lazımdır".

Əsas mövzular