Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya onun ölməsindən danışırdı, Putin isə xüsusi mükafat verdi

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин проводит в режиме видеоконференции совещание по санитарно-эпидемиологической ситуации в России
Президент РФ Владимир Путин проводит в режиме видеоконференции совещание по санитарно-эпидемиологической ситуации в России  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora mükafatı mayın 5-i Şimali Koreyanın Xarici İşlər naziri Li Son Qvona təqdim edib

BAKI, 5 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In-ı "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" xatirə medalı ilə təltif edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiyanın bu ölkədəki səfirliyi öz "Facebook" səhifəsində yazıb.

Qeyd olunur ki, Şimali Koreya lideri bu ölkədə həlak olan və dəfn edilən sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi şəxsi töhfəyə, həmçinin dəfn yerləri və abidələrin qorunub saxlanması üçün göstərdiyi qayğıya görə bu mükafata layiq görülüb.

Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora mükafatı mayın 5-i Şimali Koreyanın Xarici İşlər naziri Li Son Qvona təqdim edib.

Qeyd edək ki, Şimali Koreya liderinin aprelin 12-dən bəri heç bir tədbirdə iştirak etməməsi onun səhhəti ilə bağlı problemlərin olması barədə müxtəlif şaiyələrin yayılmasına səbəb olmuşdu.

Cənubi Koreyanın "Daily NK" nəşrinin Kim Çen Inın əməliyyatdan sonra müalicəsini davam etdirməsi barədə yaydığı məlumatdan sonra sosial şəbəkələrdə onun sağlamlığının təhlükə altında olduğu vurğulanırdı.

CNN telekanalı, Yaponiyanın həftəlik "Sukang Gendai" nəşri və digər media qurumları anonim mənbələrə istinad edərək, hətta onun öldüyünü iddia edirdilər.

Şimali Koreya lideri Kim Çen Inın sağlamlığı ilə bağlı həftələrlə müxtəlif fərziyyələrin irəli sürülməsindən sonra onun sağ olduğu məlum olub. Bu barədə Şimali Koreyanın dövlət xəbər agentliyi bu gün məlumat yayıb. Ötən gün Şimali Koreya lideri Pyonqyanqın şimalında gübrə zavodunun açılışında iştirak edib. Açılışda Kimin şərəfinə gurultu şüarlar səsləndirilib.

11 aprel tarixindən sonra ilk dəfə göründüyü söylənilən prezidentin ölkənin rəsmi qəzeti olan "Rodong Sinmun"un saytında yayımlanan fotolarının həqiqiliyini təsdiq etmək mümkünsüzdür. Bu barədə "Reuters"də bildirilib və əlavə şərh verilməyib.

Xəbər lenti
0