11:50 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
13 0 0

Ölkədə koronavirusa yoluxmuş tibb işçilərinin sayı durmadan artır, bir çox regionlarda yoluxma ocaqları ilk növbədə tibb təşkilatlarında qeydə alınıb.

BAKI, 30 aprel — Sputnik. Rusiyada pandemiya dövrü ərzində koronavirusa yoluxmuş 70-dən çox həkim dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin epidemioloqu Nikolay Briko bildirib.

"Rusiyalı həkimlər koronavirus pandemiyası ərzində həlak olmuş həmkarlarının soyadlarını dərc ediblər, orada 70-dən çox soyad var", - Briko deyib.

Onun sözlərinə görə, ölkədə yoluxmuş tibb işçilərinin sayı durmadan artır, bir çox regionlarda yoluxma ocaqları ilk növbədə tibb təşkilatlarında qeydə alınıb.

Bəzi Rusiya xəstəxanalarında işçilərin kütləvi halda yoluxması qeydə alınır. Məsələn, Sankt-Peterburqdakı xəstəxanada virus 50 tibb işçisində aşkar edilib. Belə təşkilatlar karantinə bağlanır.

Rusiyada 972 xəstə koronavirusdan ölüb. Yoluxmuşların sayı 100 minə yaxınlaşır.

Əsas mövzular