07:27 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
26 0 0

Rusiya Hidrometeorologiya Mərkəzi və xarici hidrometeorologiya stansiyalarının proqnozları göstərir ki, bu il tarixin ən anomal isti yayı keçə bilər.

BAKI, 27 aprel — Sputnik. Bu ilin yayı Rusiya tarixində ən isti mövsüm ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Ekologiya və Təbii Sərvətlər naziri Dmitri Kobılkin Rusiya Prezidenti Vladimir Putinin də iştirakı ilə bu ölkənin regionlarında daşqın və yanğınlarla bağlı vəziyyətə həsr olunan iclasda bildirib.

"Rusiya Hidrometeorologiya Mərkəzi və xarici hidrometeorologiya stansiyalarının proqnozları göstərir ki, bu il tarixin ən anomal isti yayı keçə bilər. Bu yay tarixin ən isti mövsümü olmasa belə, tarixdə qeydə alınan ən isti mövsümlər siyahısına daxil olacaq. Belə bir proqnoz var", - deyə Kobılkin qeyd edib.

Nazir eyni zamanda vurğulayıb ki, Rusiyada meşə yanğınları ilə bağlı vəziyyət yaxşılaşmayacaq: "Şübhəsiz bu, özünütəcrid rejiminə əməl olunmaması və iqlimin istiləşməsi ilə bağlıdır".

Əsas mövzular