10:59 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
22323

Bir həftə ərzində Rusiyanın Su-35 qırıcıları bir neçə dəfə Amerikaya məxsus P-8A "Poseidon" kəşfiyyat təyyarələrinin qarşısını kəsib.

BAKI, 22 aprel —Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. ABŞ hərbi kəşfiyyat təyyarələrinin Suriya sərhədləri yaxınlığında uçuşları və Rusiyanın Su-35 qırıcıları tərəfindən onların qarşısının alınması faktları getdikcə artır. Bu, ABŞ-ın Yaxın Şərq regionunda hərbi-siyasi təsirini saxlamaq niyyətini əks etdirə bilər.

Xatırladaq ki, bir həftə ərzində Rusiyanın Su-35 qırıcıları bir neçə dəfə Amerikaya məxsus P-8A "Poseidon" kəşfiyyat təyyarələrinin qarşısını kəsib. 2015-ci ildən regionda əməliyyat şəraiti çox dəyişib və bu, Pentaqonun xeyrinə deyil. Ola bilsin ki, obyektiv reallıq və Rusiyanın strateji uzunmüddətli hərbi iştirakı Qərbdə narahatlıq yaradır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidmətinin məlumatına görə, aprelin 19-da Rusiyanın Su-35 təyyarəsi Aralıq dənizi üzərində 25 fut (7,62 metr) məsafədə Amerikaya məxsus P-8A "Poseidon" kəşfiyyat təyyarəsinin qarşısına keçib. "Poseidon"un ekipajı bu siqnala dərhal reaksiya vermədiyi üçün təyyarə 100 dəqiqə ərzində iki dəfə sıxışdırılıb və turbulentliyə düşüb. Oxşar vəziyyət dörd gün ərzində iki dəfə müşahidə olunub.

ABŞ bundan əvvəl də, aprelin 15-də Su-35 qırıcısının Aralıq dənizi üzərində beynəlxalq hava məkanında Amerikanın kəşfiyyat təyyarəsindən 15 metr aralıda uçması ilə əlaqədar Rusiyaya narazılığını bildirib. Amerika tərəfinin sözlərinə görə, "Poseidon" sərt reaksiyaya, rusiyalı təyyarəçinin "məsuliyyətsiz" hərəkətlərinə və turbulentliyə səbəb olacaq heç bir şey etməyib.

"Qaynar" regionda bu cür toqquşmalar nəzərəçarpacaq dərəcədə artıb. Səbəb nədir? Günahkar kimdir?

Pentaqon rusiyalı pilotları 1972-ci ilin "Açıq dənizdə və onun üzərində insidentlərin qarşısının alınması haqqında" Sazişə riayət etməyə çağırıb. Rusiya Müdafiə Nazirliyi isə cavabında bildirib ki, Su-35 qırıcısı ABŞ təyyarəsinin Suriyanın Tartus şəhərindəki Rusiya hərbi-dəniz obyektinə yaxınlaşması səbəbindən Xmeymim aviabazasından havaya qalxıb. Müdafiə Nazirliyi dəfələrlə qeyd edib ki, Rusiya aviasiyasının uçuşları hava məkanından istifadənin beynəlxalq qaydalarına uyğun şəkildə həyata keçirilir.

Rusiyalı pilotlar səmada "xuliqanlıq" etmirlər, Su-35 qırıcısının manevrləri isə ABŞ kəşfiyyatçısına hara uçmaq lazım olmadığını göstərir. Bu adi müşayiət təcrübəsidir.

Amerikalı pilotlar isə Aralıq dənizi üzərində "təhlükəli manevrlərin" səbəbini çox yaxşı bilirlər. Martın əvvəlində ABŞ qırıcıları Rusiyanın "Tu-142" uzaqmənzilli sualtı qayıq əleyhinə təyyarəsini Alyaska yaxınlığındakı neytral sular üzərində müşayiət ediblər.

Məqsəd və vasitələr

Hərbi-siyasi reallıq belədir ki, bu gün Amerika kəşfiyyat təyyarəsinin uçduğu regionu sabah "Tomahawk" qanadlı raketləri vura bilər (Pentaqonun arsenalında təxminən 5 min "Tomahawk" var). Suriyada artıq belə bir şey baş verib (2017-ci ilin aprelində). Rusiyanın qırıcı aviasiyasının növbətçi pilotları isə qaydalara uyğun hərəkət ediblər.

"Boeing P-8A Poseidon" patrul və sualtı qayıq əleyhinə təyyarədir. Lakin onun imkanları daha genişdir. Təyyarə Aralıq dənizi üzərində uçarkən quruda olan hərbi obyektlərin radiotexniki kəşfiyyatını uğurla apara bilər (Raytheon AN/APY-10 radiotexniki kəşfiyyat sistemi vasitəsilə). Bu yaxınlarda "Poseidon" təyyarəsinə "Advanced Airborne Sensor"(ikitərəfli aktiv fazalı qəfəs) axtarış radarı quraşdırılıb. Bu radar yerdə hədəflərin axtarışını aparmağa imkan verir. "Raytheon AN/APS-137D" çox məqsədli radar isə ərazilərin detallı xəritələrini "çəkir", hava və su hədəflərini aşkar edir. Təyyarə "Smiths Aerospace" müasir nişan-naviqasiya kompleksi sayəsində döyüş vəzifələrinin geniş çeşidini həll edə bilər. Hərbi əməliyyatlar zamanı "Poseidon" yalnız Mk.54 dərinlik bombaları və ya torpedalar ilə deyil, həm də "SLAM-ER" aviabombaları, idarə olunan "AGM-84K Harpoon" gəmi əleyhinə raketləri, "AGM-65 Maverick" "hava-yer" raketləri və hətta qırıcılarla döyüşə girməyə imkan verən ortamənzilli "AIM-120 AMRAAM" "hava-hava" raketləri ilə təchiz olunur. Amerikanın nüfuzlu "The National Interest" nəşri qeyd edir: "Münaqişə yaranarsa, bu təyyarələr quldurluq edən sualtı qayıqların axtarışı və məhv edilməsi, həmçinin düşmənin suüstü gəmilərinin yerdəyişməsinin izlənilməsi üzrə vacib vəzifələri yerinə yetirəcək".

Bu fonda Amerikanın şikayətləri və etirazları açıq şəkildə yersizdir.

Rusiya etibarlı müdafiəçidir

Rusiyanın Xmeymim və Latakiya hərbi bazaları legitim şəkildə Suriya torpağında yerləşdirilib. Burada Rusiya Müdafiə Nazirliyinin strateji əhəmiyyətli obyektləri, ən yeni silah və hərbi texnika nümunələri – Su-35S təyyarələri, "Kalibr" və "X-101" qanadlı raketləri, "Terminator" döyüş maşınları cəmləşib, eləcə də T-14 "Armata" tankları sınaqdan keçirilib. Suriyada mütəmadi olaraq NATO radarları üçün görünməz olan Su-57 aviasiya kompleksləri də fəaliyyət göstərir.

Bütün bunlar Qərb strateqlərinin marağına səbəb olur. Özü də qərbli strateqləri bu obyektlərin texniki xarakteristikalarından çox, onların yeri və koordinatları maraqlandırır.

Rusiya qüvvələrinin və yüksək texnologiyaların konsentrasiyası sahələri göydə, dənizdə və quruda etibarlı bir şəkildə qorunmalıdır. Buna görə də Suriya torpağında daim S-400 "Triumf" və S-300 "Favorit" zenit raket sistemləri, "Pantsir-S1" zenit raket-top kompleksləri və qırıcı aviasiya döyüş xidməti keçir.

Rusiya Aralıq dənizi regionunda hərbi təhlükələrə və açıq şəkildə güc nümayişinə yalnız eyni şəkildə cavab verə bilər. Bir daha xatırladım ki, Rusiya qoşunları Suriyanın rəsmi hökumətinin xahişi ilə ölkə ərazisindədir. ABŞ-ın 6-cı donanmasının gəmiləri və aviasiyası isə öz təşəbbüsü ilə Aralıq dənizi regionuna gəlib, onları Suriyaya heç kim dəvət etməyib.

Əlaqədar

Bu "Sirkon" Rusiyanın rəqiblərinə baha oturacaq: onu uçuş zamanı heç nə vura bilməz
Azərbaycanda "İsrail bazaları" haqqında dezinformasiyanı kim uydurur?
Stabillik silahı: Rusiya “Ağ qu quşu” ilə çox uzaqlara uçacaq
Müttəfiqliyin sınağı: ABŞ sanksiya hazırlayır, Türkiyə aviabazanı bağlamağa hazırlaşır

Əsas mövzular