Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada kritik qərar: bu vacib dərmanlarsız necə olacaq?

© AFP 2023 / STEPHANE DE SAKUTINКоробки с лекарствами, фото из архива
Коробки с лекарствами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın dərman firmaları həyati əhəmiyyət daşıyan dimedrol, parasetamol, qlükoza, ibuprofen kimi dərmanların istehsalını dayandıra bilər

BAKI, 21 aprel – Sputnik. Rusiyanın iri əczaçılıq şirkətləri bir sıra həyati əhəmiyyətli dərmanların buraxılmasını dayandırmaq barədə düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Firmalar Sənaye və Ticarət Nazirliyinə müraciət ediblər. İstehsalının dayandırıla biləcəyi dərmanların siyahısına antihistamin vasitə olan dimedrol, ağrıkəsici ibuprofen, qızdırmanı aşağı salan parasetamol, maye qlükoza kimi dərmanlar daxildir. Dərman biznesmenlərinin bu qərarı istehsalın qeyri-rentabelliyi və preparatların icazə verilən maksimal qiymətinin çox aşağı olması ilə bağlıdır.

Продажа медицинских масок в аптеках, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Onlar indi dərman əvəzinə xəstəlik "satır", biz də öz istəyimizlə alırıq

Bundan əlavə, qəzetin yazdığına görə, vəziyyət rublun dəyərdən düşməsi və COVİD-19-un yayılması ilə daha da ağırlaşıb. Buna görə də idxal substansiyalarına tələbat və nəticədə onların dəyəri artıb.

2019-cu ildə həyati əhəmiyyətli dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin yeni metodikası qəbul edilib. Güman edilir ki, innovativ preparatların qiyməti onların bir sıra dövlətlərdəki analoqlarının qiymətindən çox olmamalıdır. Analoqların qiyməti isə aşağı əmsalla qeydə alınacaq. Bundan əlavə, metodologiyada əksini tapmış maddəyə əsasən, yeni dərmanların qiymətləri artıq mövcud olanların qiymətini aşa bilməz.

Xatırladaq ki, adı çəkilən dərmanların əksəriyyəti yeni növ koronavirusla mübarizə zamanı qızdırma əleyhinə və ağrıkəsici kimi istifadə edilən həyati vacib preparatlardır.

 

Xəbər lenti
0