Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 52 mini keçdi

© REUTERS / MAXIM SHEMETOVМедики в костюме биозащиты в Москве, фото из архива
Медики в костюме биозащиты в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 427 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 3873-ə çatıb.

BAKI, 21 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 78 regionunda 5 min 642 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 51 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 52763-ə çatıb. 456 nəfər isə COVID-19-dan vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 427 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 3873-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu keçib, 165 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0