Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zərərlə satırlar. Rusiyada benzinin topdansatış qiymətləri kəskin şəkildə düşüb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidЗаправщик заправляет автомобиль
Заправщик заправляет автомобиль  - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada koronavirusa yoluxmuş insanların sayı artır. Buna görə də böyük şəhərlərdə özünütəcrid rejimi tətbiq edilib ki, bu da yollarda avtomobillərin azalmasına səbəb olub.

BAKI, 21 aprel — Sputnik. Rusiyanın topdansatış bazarında benzinin qiyməti maya dəyərindən aşağı düşüb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, "Əmtəə Bazarlarının Analitikası" agentliyi şirkətlərin birjada benzini ziyanla satmağa başladığını deyib.

Нефтяная качалка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Nefti ikinci dəfə "öldürdülər"

Aprelin 13-dən 19-dək həftə ərzində Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında Aİ-92 markalı benzinin qiyməti 11 faiz, yəni 4,2 min rubl düşüb. Bazar ertəsi, aprelin 20-də Rusiyanın Avropa hissəsində benzinin bir tonu 35,77 min rubla satılıb. (1 rubl = 0.022 manat)

Bununla yanaşı, aksiz, dempfer üzrə büdcəyə ödənişlər, əlavə dəyər vergisi və mədən vergisi daxil olmaqla şirkətlərin xərcləri hər tona görə 38,07 min rubl təşkil edir. Nəticədə, şirkətlərə Aİ-92 benzinin hər tonuna görə təxminən 2,3 min rubl dəyərində xalis zərər dəyir.

Məlumatlara görə, Rusiyada yanacaq qiymətləri tələbatın kəskin düşməsi səbəbindən azalıb. Bu arada ölkədə koronavirusa yoluxmuş insanların sayı artır. Buna görə də böyük şəhərlərdə özünütəcrid rejimi tətbiq edilib ki, bu da yollarda avtomobillərin azalmasına səbəb olub.

Xəbər lenti
0