Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Böyük neft barışığı: bundan sonra nə olacaq?

© AP Photo / Rick RycroftВ здании фондовой биржи в Сиднее, фото из архива
В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük neft alyansının nümayəndələri OPEC+ formatında edə biləcəklərini artıq ediblər və əldə edilmiş nəticəni dünya neft diplomatiyasının böyük nailiyyəti hesab etmək olar.

BAKI, 13 aprel — İvan Danilov, Sputnik. OPEC+ sammiti çərçivəsində neft hasilatının azaldılmasına dair bağlanmış saziş neftə tələbatın azalmasını kompensasiya edə bilməyəcək. Səbəb koronavirusdur. Bu o deməkdir ki, saziş neftin qiymətinə elə də gücü təsir etməyəcək. Amma bu razılaşma olmadan neft bazarlarında vəziyyət daha da pis ola bilərdi.

Логотип Goldman Sachs в Нью-Йоркской фондовой бирже, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Goldman Sachs": Hasilatın azalması neftin qiymətinin enməsinin qarşısını almayacaq

ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının məlumatına görə, koronavirus böhranı aprel-may aylarında neftə olan tələbatı sutkada 19 milyon barel azaldacaq. Qeyd etmək lazımdır ki, Amerika bankirlərinin proqnozlaşdırdığı bu rəqəm nisbətən nikbindir. Digər dəyərləndirmələrə görə, söhbət hətta 20-25 milyon bareldən gedir.

OPEC+ sövdələşməsi bütün miqyasına və xəbərlərdə tutduğu yerinə baxmayaraq, təkcə bugünkü qiymətlərin və neft ixrac edən ölkələrin büdcə gəlirlərinin dəstəklənməsinə deyil, həm də gələcəyə, yəni pandemiyanın bitməsindən sonrakı iqtisadi bərpa dövrünə yönəlmiş çox mürəkkəb bir kompromisdir.

"OPEC+ planı qiymətlərin daha da düşməsinin qarşısını almaq üçün kifayət edə bilər, lakin onların artımını başlamaq üçün kifayət etməyəcək", – "IHS Markit" agentliyinin enerji bazarları üzrə analitiki Marşal Stivz bildirib. Onun fikrincə, bu saziş uğursuz deyil, lakin həm də hazırkı vəziyyətin əlacı sayıla bilməz.

OPEC+ sövdələşməsinin önümüzdəki həftələrə və ya aylara deyil, məhz gələcəyə yönəldiyini virtual sammitin bitməsindən sonra verilmiş rəsmi bəyanatın əsas bəndi də deyir: "Görüş iştirakçıları 2020-ci il mayın 1-dən başlayan və 2020-ci il iyunun 30-da başa çatan iki aylıq ilkin dövr ərzində ümumi neft hasilatının sutkada 10,0 milyon barel azaldılması istiqamətində düzəliş etmək barədə razılığa gəliblər. 2020-ci il iyulun 1-dən 2020-ci il dekabrın 31-dək növbəti altı aylıq dövr ərzində ümumi razılaşdırılmış düzəlişlər sutkada 8,0 milyon barrel təşkil edəcək. Bunun ardınca 2021-ci il yanvarın 1-dən 2022-ci il aprelin 30-dək olan 16 aylıq dövr üçün 6,0 milyon barellik düzəliş nəzərdə tutulub... Saziş 2022-ci il aprelin 30-dək qüvvədə olacaq, lakin onun uzadılmasına 2021-ci ilin dekabrında baxılacaq".

Штаб-квартира ОПЕК в Вене, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
OPEC+ yeni neft sazişinin detallarını açıqladı

Neft bazarı iştirakçılarını inandırmağa çalışırlar ki, yeni saziş hasilatçıları qısamüddətli problemlərdən xilas etməyə yox, məhz bazarda uzunmüddətli defisitin yaradılmasına yönəlib. Lakin defisit yalnız istehlakın epidemiyadan əvvəlki səviyyəyə yaxınlaşmasından sonra yarana bilər.

Qeyd etmək lazımdır ki, sövdələşmənin pozulma riski hələ də var, çünki OPEC+ sazişinin prinsipial mövqeyi heç kimin parlaq neft gələcəyinə "pulsuz bilet" əldə edə bilməməsindən ibarətdir. Məhz buna görə də sammitin yekun qətnaməsində bildirilir ki, ümumi hasilatın ixtisarı yalnız Meksikanın (sövdələşməni dəstəkləməyən yeganə ölkənin) öz hasilatını sutkada 400 min barrel azaltmağa razılaşması halında baş verəcək. Bu, məhz prinsip məsələdir, çünki hətta kiçik neft istehsalçısı belə sazişdə iştirakdan boyun qaçırsa, saziş dağılacaq. Səudiyyə Ərəbistanı və Rusiya birlikdə dünya neft hasilatının 20 faizindən çoxunu idarə edirlər və ixtisarın bütün çətinliklərini özləri təkbaşına daşıya bilməzlər. ABŞ da lazım olan qədər ixtisar etsə belə, yenə də belə çıxır ki, qlobal hasilatın yalnız üçdə biri azalmış olacaq.

Bunu neft ixrac edən ölkələrin əksəriyyəti, o cümlədən OPEC+ sövdələşməsini daxili siyasi nöqteyi-nəzərdən qətiyyən imzalamaq istəməyən ölkələr də anlayır. Meksika OPEC+ sövdələşməsini pozmağı özünə rəva görə bilər. Çünki bu ölkə neft ixracatçıları arasında özü-özlüyündə nadir bir nümunədir: hər il Meksika maliyyə bazarlarında illik neft ixracatını "sığortalayır" (bu, müəyyən xərc tələb etsə də) və buna görə də təxminən bu ilin sonuna qədər pandemiya və ya digər istehsalçıların qiymət müharibəsi ilə bağlı konyukturanı gözardı edə bilər.

Нефтяная вышка, фото из архива  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan yeni neft razılaşmasını təsdiqlədi

Ancaq Mexiko müqavilənin baş tutmasında son dərəcə maraqlı olan Donald Trampı gözardı edə bilməz. Bundan başqa, Birləşmiş Ştatların prezidenti neft hasilatının azalması səbəbindən cənub qonşunun üzləşəcəyi maliyyə itkilərini müvəqqəti olaraq öz üzərinə götürməyə hazır olduğunu da bildirib. Belə ki, ABŞ Prezidenti Donald Tramp Meksikaya kömək təklif etdiyini deyib. O bildirib ki, Birləşmiş Ştatlar neft hasilatının həcmini azaldacaq, Meksika isə sonradan bunun əvəzini verəcək. Lakin o, sazişin baş tutacağına əmin olmadığını əlavə edib.

"Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, nəticədə hər şey alınacaq", - Tramp deyib.

Lakin Ağ Evin "Meksika təklifi" Meksika rəhbərliyi və ya digər OPEC+ üzvləri üçün qəbuledilməz olsa, OPEC+ sazişi dağıla bilər.

Böyük ehtimalla pandemiya nə qədər tez başa çatsa, qiymətlər də o qədər sürətlə bərpa olacaq. Lakin Meksika rəhbərliyinin inadkarlığı da müəyyən rol oynaya bilər. Ancaq böyük neft alyansının nümayəndələri OPEC+ formatında edə biləcəklərini artıq ediblər və əldə edilmiş nəticəni dünya neft diplomatiyasının böyük nailiyyəti hesab etmək olar.

Xəbər lenti
0