04:51 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
6810

Rusiya XİN sözçüsü bununla bağlı tərkibinə Rusiya, Fransa və ABŞ-ın daxil olduqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb. 

BAKI, 9 aprel - Sputnik. "Rusiya Federasiyası Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 9-da keçirdiyi brifinqdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində  seperatçı rejimin keçirdiyi "parlament və prezident seçkilərinə" münasibət bildirərkən deyib.

Rusiya XİN sözçüsü bununla bağlı tərkibinə Rusiya, Fransa və ABŞ-ın daxil olduqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatının olduğunu xatırladıb. 

Minsk Qrupunun bəyanatında qeyd olunurdu ki, heç bir həmsədr ölkə, yaxud da digər dövlət Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

“Hesab edirik ki, seçkilər əhalinin normal həyat fəaliyyəti üçün vacibdir. Bununla yanaşı, Rusiya Federasiyası, bildiyiniz kimi, Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Onun statusu siyasi danışıqlar yolu ilə təyin edilməlidir. Bununla, yəni bütün problemlər kompleksi ilə Minsk Qrupu məşğul olur. Hesab etmirik ki, Dağlıq Qarabağ münaqişəsinin bundan sonra sülh yolu ilə nizamlanması prosesi hansısa mənada adıçəkilən tədbirdən asılıdır” - Zaxarova deyib.

Əsas mövzular