Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan narahat xəbərlər: bir gündə koronavirus aşkarlananların sayı 1400-ü ötüb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidСитуация в связи с эпидемиологической обстановкой в Москве
Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb

BAKI, 9 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 50 regionunda 1459 koronavirusa yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 24 saat ərzində 13 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 10131-ə çatıb. Onlardan 693-ü sağalıb, 76-sı ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,5 milyonu keçib, 86 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0