Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda banklar vətəndaşlar üçün şərtləri pisləşdirməyə başladı

© Sputnik / Mihail Mordasov / Mediabanka keçidКасса в банке, фото из архива
Касса в банке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq beş iri bank şərtləri sərtləşdirib - faizləri qaldırıb, ilkin ödəniş məbləğini artırıb, endirimləri ləğv edib və ya kredit üzrə müsbət qərarın müddətini azaldıblar.

BAKI, 7 aprel – Sputnik. Böhran fonunda Rusiya bankları problemli sahələrdə məşğul olan vətəndaşlar üçün kreditlərin verilməsi şərtlərini pisləşdirməyə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya mətbuatı kredit təşkilatlarının məlumatlarına istinadən yazıb.

Bu tədbirləri Alfa-bankda da təsdiqləyiblər. Təşkilatın mətbuat xidmətindən bildiriblər ki, bu yolla müştəriləri həddindən ziyadə risklərdən qorumaq istəyirlər. Axı müştəri krediti ödəyə bilməsə, hər iki tərəf zərər görəcək.

Bankda zərər çəkmiş sahələrə təhsil, tədbirlərin təşkili, əyləncə, restoran və mehmanxana biznesi, idman, nəqliyyat və turizm daxildir.

Məhdudiyyətlər həmçinin ipotekaya da aiddir.

Nəşrin rəyini soruşduğu Rusiyanın ən iri bankları bu cür məhdudiyyətləri planlaşdırdıqlarını və ya artıq tətbiq etdiklərini təsdiqləyiblər.

Belə ki," Renessans kredit"dən “operativ şəkildə dəyişən bazar şəraitinə reaksiya verdiklərini və kredit siyasətlərinə müvafiq düzəlişlər etdiklərini" bildiriblər. Düzəlişlərin nədən ibarət olduğuna isə bank əməkdaşları şərh verməkdən imtina ediblər. Eyni şəkildə, "Ak Bars"da da dəyişiklikləri kredit portfelinin keyfiyyətini qorumaq istəyi ilə izah ediblər.

"MTS Bank" ilk növbədə böyük kreditlər üçün əlavə qiymətləndirmə və məhdudiyyətlərin tətbiqini vəd edir. Onları yalnız iqtisadiyyatda vəziyyət dəyişdikdə ləğv edəcəklər.

Milli Kredit Reytinqi (MKT) reytinq agentliyinin icraçı direktoru Stanislav Volkov bu siyasətin ümumi olduğunu irəli sürüb, baxmayaraq ki, bütün banklar bunu etiraf etmirlər. Qanuna görə, Kredit Təşkilatı imtinanı izah etməyə borclu deyil.

İpotekaya gəlincə, Marcs Agentliyinin monitorinq məlumatlarından göründüyü kimi, artıq beş iri bank şərtləri sərtləşdirib - faizləri qaldırıb, ilkin ödəniş məbləğini artırıb, endirimləri ləğv edib və ya kredit üzrə müsbət qərarın müddətini azaldıblar. İstehlak kreditlərində dəyişikliklər bir qədər az olsa da, burada da faiz dərəcələrini yüksəlməyə başlayıblar.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin ruslar, eyni zamanda fərdi sahibkarlar, kiçik və orta biznes üçün kredit tətilləri haqqında qanun imzalayıb. Daha sonra hökumət kreditlərin maksimal məbləğini təsdiqləyib. Bu məbləğ də elə səviyyədədir ki, bundan yalnız bir neçə kiçik borcalan istifadə edə bilər. Xüsusilə, ipoteka üçün maksimum 1,5 milyon rubl səviyyəsində müəyyən edilib ki, bu da ölkə üzrə orta səviyyədən xeyli aşağıdır.

Xəbər lenti
0