03:33 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
28 0 0

Analizi aparmaq üçün Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisləri Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış yüksək həssaslığa malik test-sistemdən istifadə edirlər

BAKI, 6 aprel — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Molekulyar Diaqnostika Mərkəzi bazar ertəsindən etibarən COVID-19 xəstəliyinə yoluxub-yoluxmadığını bilmək istəyən hər bir kəs üçün testlər aparmağa başlayıb. Sputnik Azərbaycan "Rospotrebnadzor"un saytına istinadən xəbər verir ki, müayinə tibbi göstəricilərə görə deyil, şəxsi istək əsasında aparılır. 

Qeyd olunur ki, analizi aparmaq üçün Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisləri Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış yüksək həssaslığa malik test-sistemdən istifadə edirlər. Bu sistem koronavirusu ilkin mərhələlərdə, eləcə də aşkar simptomlara malik olmayan insanlarda tapmağa imkan verir.

Biomaterialın götürülməsi evdə praktik olaraq təmassız üsulla baş verir. Molekulyar Diaqnostika Mərkəzinin səyyar xidmətinin mütəxəssisi müayinəni sifariş edən şəxsə diaqnostik dəsti gətirir, ona ağız və boğaz boşluğundan yaxmanı özü necə götürə biləcəyini başa salır və biomaterialı konteynerlə tədqiqata aparır. Nəticə bir-iki gün ərzində hazır olur, onu elektron poçtla göndərirlər.

Xidmət ödənişli əsaslarla aparılır və hələ ki, ondan Moskva və ətraf rayonların sakinləri istifadə edə bilərlər. Gələcəkdə Rusiyanın bütün bölgələrində belə testlərin aparılması planlaşdırılır.

Rusiyada 5389 nəfər COVID-19 xəstəliyinə yoluxub, 45 nəfər vəfat edib, 355 nəfər sağalıb.

Əlaqədar

Rusiyada koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb
Düşmənlə bir otaqda: karantinin əzab verən daha bir üzü
Boris Conson xəstəxanaya yerləşdirilib
Koronavirus dünyada hansı siyasi dəyişikliklərə səbəb ola bilər – politoloq şərh edir
Türkiyədə 20-65 yaş aralığında olan vətəndaşlara pulsuz maska paylanacaq

Əsas mövzular