10:49 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
25 0 0

Aprelin 3-dən etibarən hər gün 200-400 dəst istehsal olunacaq və sonradan şirkət sutkada min dəstin istehsalına başlayacaq.

BAKI, 3 aprel — Sputnik. COVID-19 koronavirusunun müəyyən edilməsi üçün yeni test sistemi Rusiyada qeydiyyatdan keçib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, test sistemini "DNK Texnologiya" şirkəti istehsal ediləcək. 

"Dəst COVID-19 diaqnostikası üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin tələblərinə cavab verir və sınaq şüşəsində virusun 10 surətini aşkarlamağa imkan verir", – şirkətin məlumatında bildirilir.

Qeyd edilir ki, aprelin 3-dən etibarən hər gün 200-400 dəst istehsal olunacaq və sonradan şirkət sutkada min dəstin istehsalına başlayacaq ki, bu da 100 minə yaxın tədqiqat aparmağa imkan verəcək.

Rusiyada COVID-19 xəstələrinin ümumi sayı 3548 nəfərdir. Cəmi 30 nəfər xəstəlikdən dünyasını dəyişib.

Bir qədər öncə Radio Sputnik xəbər verib ki, Rusiya Nazirlər Kabineti bu həftə ərzində koronavirus test sistemlərinin idxal edilməsi barədə qərar verəcək.

Əsas mövzular