Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onlar üçün tətil aprelin sonunadək uzandı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidКарантинный центр в Коммунарке
Карантинный центр в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz hələ ki, yaşlı nəslin nümayəndələrini ciddi təhlükədən ümumilikdə qoruya bilirik, bağça və məktəblərdə, ali təhsil ocaqlarında və digər məkanlarda epidemiyanın alovlanmasına imkan vermirik" - V.V.Putin

BAKI, 2 aprel – Sputnik. “Ötən həftə elan edilən istirahət həftəsi epidemiya riskini azaltmağa və ona qarşı mübarizədə vaxt qazanmağa imkan verdi, ancaq dünyada, o cümlədən də Rusiyada onun pik həddi hələ keçilməyib. Məsələn, Moskvada, “vəziyyəti sındırmaq” hələ alınmayıb”.

Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada yeni çoxlu sayda virusa yoluxma halı qeydə alınıb

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin koronavirus infeksiyasının yayılması səbəbilə ölkə vətəndaşlarına yenidən televiziya vasitəsilə müraciətində deyib.

“Biz hələ ki, yaşlı nəslin nümayəndələrini ciddi təhlükədən ümumilikdə qoruya bilirik, bağça və məktəblərdə, ali təhsil ocaqlarında və digər məkanlarda epidemiyanın alovlanmasına imkan vermirik – hesab edirəm ki, bunlar, prinsipcə ən əhəmiyyətli tədbirlərdir”, - Putin deyib.

Ölkə vətəndaşlarının dəstəklənməsi üçün Rusiya lideri bir sıra təkliflər verib:

- istirahət həftəsi maaşlar saxlanılmaqla aprelin 30-dək uzadılır;

- hakimiyyət orqanları və fasiləsiz istehsal müəssisələri, o cümlədən də həyati vacib xidmətlər, ərzaq mağazaları işləməkdə davam edir;

- epidemioloji situasiya imkan versə, qeyri-iş günlərinin sayı azaldıla bilər, əlavə qərarlar situasiyadan asılı olaraq veriləcək;

- Federasiya subyektlərinin başçılarına əlavə səlahiyyətlər veriləcək: onlar həftə sonunadək koronavirusla bağlı konkret tədbirlərin siyahısını tərtib etməlidirlər;

SMS yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Rusiya karantini pozanları SMS vasitəsilə xəbərdar edəcək

- regionların COVID-19 üzrə işini Prezidentin nümayəndələri koordinasiya edəcəklər, qəbul edilən qərarlara dair bütün məlumat hökumət yanında koordinasiya şurasına daxil olmalıdır.

Putin həmçinin qeyd edib ki, hökumətin və səhiyyə orqanlarının tövsiyələrinə əməl etmək vacibdir.

“Biz bundan sonra da razılaşdırılmış və etibarlı qaydada hərəkət edəcəyik, ən əsası isə qabaqlayıcı tədbirlər görəcəyik”, - Prezident yekunlaşdırıb.

Aprelin 2-nə olan məlumata görə, Rusiyada COVID-19 xəstələrinin sayı 3548-ə çatıb. Onlardan 2475-i Moskvadadır. 235 nəfər sağalıb, 30 nəfər isə ölüb.

COVID-19-un törədicisi olan SARS-CoV-2 koronavirusu dünyanın 180 ölkəsində yayılıb. ÜST-ün məlumatına görə, 820 mindən çox insan yoluxub, 40 mindən çoxu isə dünyasını dəyişib.

Xəbər lenti
0