Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin yenə vətəndaşlara müraciət edəcək

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 25-i Rusiya Federasiyasının Prezidenti Vladimir Putin canlı yayımda vətəndaşlara müraciət etmişdi.

BAKI, 2 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xalqa yenidən müraciət edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi vurğulayıb ki, ölkə prezidenti öz çıxışını günün ikinci yarısında, saat 16:00 (Bakı vaxtı ilə 17:00) lentə alacaq: "Hazırda prezident müraciətin mətni üzərində işləyir".

Ситуация в связи с эпидемиологической обстановкой в Москве - Sputnik Azərbaycan
RUSİYA
Rusiyada yeni çoxlu sayda virusa yoluxma halı qeydə alınıb

Qeyd edək ki, martın 25-i Rusiya Prezidenti Vladimir Putin canlı yayımda vətəndaşlara müraciət etmişdi.

Həkimlərə, bütün tibb işçilərinə təşəkkürünü bildirən dövlət başçısı Rusiyanın qonşu olduğu bir neçə dövlətdə koronavirusla bağlı vəziyyətin çox çətin olduğunu deyib.

Konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsindən danışan Putin qeyd edib ki, insanların sağlamlığı birinci yerdə olduğundan səsvermənin vaxtı mütləq dəyişdiriləcək.

Həmçinin Rusiya Prezidenti gələn həftəni ölkə ərzində qeyri-iş həftəsi elan edib, insanları evdə oturmağa səsləyib.

Qeyd edək ki, Rusiyada bir sutka ərzində 771 "COVİD-19" virusuna yoluxma halı qeydə alınıb.

Bununla da, ölkədə ümumilikdə bu virusa yoluxanların sayı 3548-ə çatıb ki, onlardan da 235-i sağalıb, 30-u ölüb.

Ümumilikdə Rusiyada koronavirusla bağlı 536 min test həyata keçirilib.

SMS yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Rusiya karantini pozanları SMS vasitəsilə xəbərdar edəcək

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 930 min nəfəri keçib, 41 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0