08:32 06 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
25 0 0

Qanun koronavirusun yayılması ilə bağlı olan çağırışlara təcili reaksiya verən zaman münasibətləri həll etmək üçün hazırlanıb

BAKI, 1 aprel – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkədə fövqəladə vəziyyət elan etmək üçün hökumətə icazə verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edilir ki, qanun koronavirusun yayılması ilə bağlı olan çağırışlara təcili reaksiya verən zaman münasibətləri həll etmək üçün hazırlanıb.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, hökumət koronovirusun yayılması ilə bağlı Rusiyada fövqəladə vəziyyət tətbiq etməyin mümkünlüyünü müzakirə etmir.

Son məlumatlara görə, Rusiyada 2800- yaxın insan virusa yoluxub. Onlardan 24 nəfəri ölüb, 190 nəfəri sağalıb. Bütün dünyada 860 mindən çox adam koronavirusa yoluxub, 42 min insan vəfat edib.

Əsas mövzular