03:19 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
3710

Protsenko martın 24-də Rusiya prezidenti ilə Kommunarkadakı xəstəxanada görüşüb. Onlar birlikdə "COVID-19" xəstəliyindən müalicə alan xəstələrə baş çəkiblər.

BAKI, 31 mart — Sputnik. Moskva vilayətinin Kommunarka qəsəbəsində yerləşən Tibbi Mərkəzinin Baş həkimi Denis Protsenko koronavirusa yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb. 

Kommunarkadakı xəstəxanada "COVID-19" xəstəliyinə yoluxmuş insanlar müalicə olunurlar.

Protsenko xəstəli barədə sosial şəbəkədə paylaşım da edib. O, kabinetində özünütəcrid vəziyyətində işlədiyini bildirib.

Xatırladaq ki, martın 24-də Rusiya Prezidenti Vladimir Putin Kommunarkadakı xəstəxanaya baş çəkib. Onunla birlikdə onun mətbuat katibi Dmitri Peskov da xəstəxanaya gəlib.

Rusiya prezidenti xəstəxanada hətta Protsenko ilə də görüş keçirib, eləcə də baş həkimlə birlikdə müalicə alan xəstələrə baş çəkib.

Yeni tip SARS-CoV-2 koronavirusu insanlarda "COVID-19" adlandırılan xəstəliyə səbəb olur.

Cons Hopkins Universitetinin (Jones Hopkins University) statistikasına görə, 785 mindən çox insan "COVID-19 "xəstəliyinə yoluxub, 37 mindən çox xəstə ölüb, 165 min xəstə sağalıb.

Rusiyada "COVID-19" xəstələrinin ümumi sayı 2337 nəfərə çatıb (onlardan 1613-ü Moskvadadır), 121 xəstə sağalıb, 17 xəstə vəfat edib.

Əsas mövzular