Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин, фото из архива
Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki prezidentin kritik zamanda baş tutan danışığıİki prezidentin kritik zamanda baş tutan danışığıİki prezidentin kritik zamanda baş tutan danışığı

BAKI, 31 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı olduqca səmərəli və vaxt baxımından davamlı olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Koronavirusla mübarizə çərçivəsində bizim ölkələrin tətbiq etdiyi qaydalara dair ətraflı fikir mübadiləsi aparılıb", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Home Team Science & Technology Agency (HTX) scientists demonstration the test process of their coronavirus test kit  - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan koronavirusla bağlı ümidverici xəbər – Artıq səhv olmayacaq

O, həmçinin Trampın Rusiyanın ABŞ-a tibbi yardım etməsi barədə bəyanatını şərh edərkən qeyd edib ki, hər iki lideri bu məsələyə də toxunub: "Putin və Tramp koronavirus pandemiyası şəraitində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb".

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya ABŞ-a "tibbi ləvazimatlarla dolu böyük bir təyyarə" göndərib: "Düşünürəm ki, sonda biz daha güclü olacağıq. Biz bir çox şey öyrənmişik. Deməliyəm ki, bizim bir çox ölkələrlə əla münasibətlərimiz var. Çin bizə bir şey göndərib, əla idi. Rusiya da bizə tibbi ləvazimatlarla dolu çox-çox böyük bir təyyarə göndərib. Bu, çox xoş idi. Digər ölkələr də bizə bir çox şey göndəriblər, mən çox təəccübləndim", - amerikalı lider Ağ Evdə koronavirus üzrə mətbuat konfransında çıxışı zamanı bildirib.

Lakin o, heç bir təfərrüat açıqlamayıb.

 Нью-Йоркская фондовая биржа, фото из архива - Sputnik Azərbaycan
Koronavirus "əzə-əzə" yayılır

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 770 min nəfəri keçib, 36 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ən son məlumatlara görə Ukraynada koronavirusa yoluxanların sayı 548-ə çatıb, onlardan 13-ü ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0