21:49 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
28 0 0

Rusiyada "COVID-19"-a yoluxanların sayı 2337-yə çatıb ki, onlardan da 121-i sağalıb, 17-si vəfat edib.

BAKI, 31 mart — Sputnik. Rusiyada bir sutka ərzində koronavirus aşkarlanan daha 8 nəfər vəfat edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Məlumata əsasən 5 ölüm halı Moskvada, hər birində 1 ölüm halı isə müvafiq olaraq Sankt-Peterburqda, Vladimir və Penza vilayətlərində qeydə alınıb.

Bundan əlavə, son 24 saat ərzində Rusiyanın 24 regionunda 500 koronavirusa yoluxma faktı qeydə alınıb.

Ümumilikdə Rusiyada "COVID-19"-a yoluxanların sayı 2337-yə çatıb ki, onlardan da 121-i sağalıb, 17-si vəfat edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 770 min nəfəri keçib, 36 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını "COVID-19" qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular