18:43 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
6710

Yeni test yalnız SARS-CoV-2 virusunu müəyyən etmir, həm də onu analoji viruslardan fərqləndirməyə imkan verir.

BAKI, 31 mart — Sputnik. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Epidemiologiya Tədqiqat İnstitutunun alimləri koronavirusun diaqnostikası üçün yeni yüksək dəqiqlikli test hazırlayıblar.

İtaliyada epidemioloji vəziyyət
© REUTERS / JENNIFER LORENZINI

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, yeni test səhvən müsbət nəticə vermir.

"Diaqnostika dəsti klinik sınaqdan uğurla keçib və martın 25-də Rusiya Federasiyasında istifadə üçün qeydiyyata alınıb", — məlumatda bildirilir.

Yeni test həssaslığa və spesifikliyə dair bütün müasir tələblərə cavab verir. Belə ki, test yalnız SARS-CoV-2 virusunu müəyyən etmir, həm də onu analoji viruslardan, həmçinin MERS-CoV (Yaxın Şərq Respirator Sindromu) virusundan fərqləndirməyə imkan verir.

Yeni tip SARS-CoV-2 koronavirusu insanlarda "COVID-19" adlandırılan xəstəliyə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 690 mindən çox yoluxma faktı qeydə alınıb, 33 mindən çox insan dünyasını dəyişib.

Cons Hopkins Universitetinin (Jones Hopkins University) statistikasına görə, 785 min nəfərdən çox insan "COVID-19" xəstəliyinə yoluxub, 37 mindən çox xəstə ölüb, 165 min xəstə sağalıb. Ölüm hallarının sayına görə birinci olan İtaliyanın (11 mindən çox) ardınca İspaniya, Çin, ABŞ və Fransa gəlir.

Əsas mövzular