Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada 4 nəfər koronavirusdan öldü

© AFP 2023 / STRИнфекционное отделение госпиталя, фото из архива
Инфекционное отделение госпиталя, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, onlarına hamısında xroniki, əsasən ürək-damar xəstəlikləri olub. Digər xəstəliklər isə xroniki pielonefrit, bronxial astma, beynin xroniki işemiyası olub

BAKI, 30 mart — Sputnik. Koronavirus təsbit edilmiş 76-86 yaş arası dörd nəfər Moskvada dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Koronavirus situasiyası üzrə Moskva operativ qərargahı məlumat verib. 

"Moskvada pnevmoniya diaqnozu təsdiqlənmiş və koronavirus testi müsbət çıxmış dörd xəstə ölüb. Onların yaşı 76-86 arası idi. Onlardan ikisinin ağciyərləri süni ventilyasiya aparatına qoşulmuşdu", - qərargahın Telegram kanalında deyilir.

Bildirilir ki, onlarına hamısında xroniki, əsasən ürək-damar xəstəlikləri olub. Digər xəstəliklər isə xroniki pielonefrit, bronxial astma, beynin xroniki işemiyası olub. Xəstələrdən ikisi şəkərli diabetdən əziyyət çəkirmiş.

Xəbər lenti
0