Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Film kimi - Maşını yiyəsi ilə birlikdə oğurladı

© Sputnik / Константин Чалабов / Mediabanka keçidАвтомобильные воры
Автомобильные воры - Sputnik Azərbaycan
Abunə olmaq
O, sükan arxasına oturaraq maşını sürməyə başlayıb, bir müddət keçdikdən sonra isə arxa oturacaqdan səs gəlməyə başlayıb.

BAKI, 27 mart — Sputnik. Rusiyanın Qorno-Altaysk şəhərində cinayətkar maşını sahibi ilə bir yerdə qaçırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, daha əvvəl də maşın oğurluğuna görə mühakimə olunmuş şəxs yolda gedərkən qapısı açıq və açarları üstündə olan maşın görüb. O, sükan arxasına oturaraq maşını sürməyə başlayıb, bir müddət keçdikdən sonra isə arxa oturacaqdan səs gəlməyə başlayıb. Məlum olub ki, içkili olan maşının sahibi arxa oturacaqda yatıbmış. Maşın sahibi oyandıqdan sonra taksidə getdiyi zənn edib. Oğru isə taksi sürücüsü rolunu oynamağa başlayıb və evin ünvanını bir daha soruşub.

Maşının sahibini evə çatdıran oğru sakit şəkildə oranı avtomobillə tərk edib. Üstündən bir neçə saat keçdikdən sonra maşın sahibi avtomobilini axtarmağa başlayıb. Bir neçə saat sonra oğru maşınla birgə ələ keçib.

Xəbər lenti
0