Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada güclü zəlzələ oldu, sunami xəbərdarlığı edildi

© pixabay / enriquelopezgarreDənizdə dalğalar, arxiv şəkli
Dənizdə dalğalar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Sunami dalğası Şimali Kurilə 15:15-də çatdı, dalğanın hündürlüyü təxminən 50 sm idi. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur"

BAKI, 25 mart — Sputnik. Rusiyada, Kirilin Paramuşir adasında sakinləri sunami təhlükəsinə görə təxliyə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Petropavlovsk-Kamçatsk şəhərindən 500 km aralıda 7.6 bal gücündə zəlzələ baş verib. Kamçatkanın dörd rayonunda sakinlər zəlzələni 5 bal gücündə hiss ediblər. Şimali Kuril rayonu üzrə sunami həyəcanı elan edilib.

Sunaminin ilk dalğası 50 sm olsa da, təhlükənin hələ də qaldığı bildirilir.

"Sunami dalğası Şimali Kurilə 15:15-də çatdı, dalğanın hündürlüyü təxminən 50 sm idi. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi qalır, ona görə də Şimali Kurilin təxliyyə edilən sakinləri hündür ərazilərdə, təhlükəsiz yerdə qalacaqlar. Həyəcan siqnalının ləğvi çəkilmədən sonra mütəxəssislər tərəfindən veriləcək", - Rusiya FHN-in Saxalin şöbəsinin məlumatında deyilir.

Xəbər lenti
0