Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlibdə terrorçulara qarşı mübarizəsindən danışıb

© AP Photo / Ghaith AlsayedИдлиб, фото из архива
Идлиб, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Konaşenkov qeyd edib ki, təkcə Qərb ölkələri deyil, BMT də 2018-ci ildə İdliblə bağlı Soçi sazişlərinin imzalanmasını alqışlayıb.

BAKI, 4 mart — Sputnik. Suriya ordusu İdlib deeskalasiya zonasında keçirdiyi cavab tədbirləri nəticəsində "Həyat Təhrir Əl-Şam" qruplaşmasının terrorçularını Hələbdən təhlükəsiz bir məsafəyə itələyib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib.

O, İdlib deeskalasiya zonasındakı vəziyyəti "növbəti həqiqət anı" adlandırıb. Konaşenkov qeyd edib ki, təkcə Qərb ölkələri deyil, BMT də 2018-ci ildə İdliblə bağlı Soçi sazişlərinin imzalanmasını alqışlayıb.

General-mayorun sözlərinə görə, Rusiya və Türkiyə arasında İdlib deeskalasiya zonasının yaradılması ilə bağlı Soçi razılaşmalarının qüvvədə olduğu müddətdə Moskvanın BMT və Qərb ölkələrinə etdiyi rəsmi müraciətləri cavabsız qalıb. Konaşenkov qeyd edib ki, fevralın əvvəlindən bəri Dəməşq Qərb tərəfindən guya "müharibə cinayətləri"ni törətməkdə, "humanitar fəlakət"ə və "milyonlarla qaçqın axını"na səbəb olmaqda ittiham olunur.

"Qərbin İdlib deeskalasiya zonasındakı humanitar vəziyyətlə bağlı total həyasızlığı və yalançı narahatlığı fonunda yalnız Rusiyanın Müharibə Edən Tərəflərin Barışdırılması Mərkəzi və Suriyanın qanuni hökuməti hər gün azad edilmiş ərazilərdəki yerli sakinlərə bütün lazımi köməyi çatdırırlar", – Konaşenkov deyib.

"Suriyalılar Avropa və ABŞ-da çoxsaylı yalançı müdafiəçilərinin mövcudluğundan və son illər ərzində onların göndərdiyi iddia edilən bol miqdarda humanitar yardımdan heç xəbərdar deyilmişlər", – o əlavə edib.

İdlibdə vəziyyətin gərginləşməsi

Fevralın 27-də "Həyat Təhrir Əl-Şam" terrorçuları Suriya ordusunun mövqelərinə geniş miqyaslı hücuma keçiblər. Hökumət qüvvələri cavab atəşi açıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, türkiyəli hərbçilər də atəşə tuş gəliblər.

Nəticədə 36 türkiyəli əsgər həlak olub. Rusiya tərəfi Suriya qüvvələrinin atəşi tam kəsməsi, ölü və yaralıların təhlükəsiz şəkildə Türkiyəyə təxliyəsi üçün tədbirlər görüb. Nazirlik Rusiya aviasiyasının bu bölgədə istifadə edilmədiyini vurğulayıb.

 

Xəbər lenti
0