Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin cümə günü Ərdoğan, Merkel və Makronla görüş planlaşdırmır

© Sputnik / Dmitry Astakhov / Mediabanka keçidПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hələlik cümə gününə dair bir plan yoxdur. Bundan əlavə, başqa bir plan var, bura regiona səfər də daxildir"

BAKI, 3 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin cümə günü Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə görüş keçirməyi planlaşdırmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, belə bir görüş formatı razılaşdırılmayıb.

Almaniya Kanslerinin belə bir görüşün keçirilməsini təklif edib-etməməsinə dair sualı cavablandıran Peskov bildirib: "Hələlik belə bir təklif olmayıb, amma gəlin gözləyək. Cümə axşamı Kremldə iki prezident - Putin və Ərdoğanın görüşü olacaq. Lakin hələlik cümə gününə dair bir plan yoxdur. Bundan əlavə, başqa bir plan var, bura regiona səfər də daxildir".

Xəbər lenti
0