Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı musiqiçi "Qolos.Deti"nin iştirakçısı olan azərbaycanlı uşaq üçün mahnı yazıb

© Photo : İnstagram / azerkonasibov Азер Насибов и Милена Барциц
Азер Насибов и Милена Барциц - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın "Qolos.Deti-3" populyar layihəsinin finalçısı Azər Nəsibov Moskvada yeni "Ne zabıvay" (Unutma) mahnısını təqdim edib.

BAKI, 27 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı müğənni, Rusiyanın "Qolos.Deti-3" populyar layihəsinin finalçısı Azər Nəsibov Moskvada yeni "Ne zabıvay" (Unutma) mahnısını təqdim edib. Mahnını onun üçün rusiyalı həmkarı Milena Bartsits yazıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ifaçılar "Qolos" layihəsində iştirak etdikləri vaxt dostlaşıblar və o vaxtdan indiyədək bir-birilərini dəstəkləyirlər.

Nəsibovun sözlərinə görə, bu mahnı ona çox güclü təsir edib. Ona görə də mahnını yazdırmq qərarında gəlib.

"O qədər duyğu və qüvvəni, yaşanmış anları - bunların hamısını bir mahnıda birləşdirdim. Bu mahnıya görə dostum Milena Bartsitsə təşəkkür edirəm. Eyni zamanda məni dəstəkləyən hər kəsə, xüsusən də ailəmə minnətdaram", - deyə Nəsibov bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от МИЛЕНА БАРЦИЦ (@milena_bartsits)

Azər Nəsibovun ailəsi 20 ildən çoxdur Leninqrad vilayətinin Syasstroy şəhərində yaşayır. Nəsibov hər fürsətdə Bakıya gəlməyə çalışır. O, Bakıda keçirilən "Zima" uşaq festivalında və "Jara" beynəlxalq musiqi festivalında xüsusi qonaq qismində iştirak edib.

Hazırda Moskva estrada-caz sənəti kollecində təhsil alır, müxtəlif tədbirlərdə çıxış edir.

Xəbər lenti
0