06:17 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
30 0 0

İki dəfə şəhər Dumasının deputatı olan Viktor Yeloxin bu müddətdə özünə həm biznesdə, həm də siyasətdə düşmən tapmağı bacarıb.

BAKI, 25 fevral — Sputnik. Rusiyanın Yekaterinburq şəhərində naməlum şəxslər sabiq deputat Viktor Yeloxinin zirehli Geländewagen-ini atəşə tutublar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Yeloxin həmin vaxt avtomobilində uşağı ilə birlikdə olub. Həmin vaxt Gelandewagen-in pəncərəsi açıq olub və sabiq deputat fit səsi eşidib və şüşəyə dəyən zərbəni hiss edib. Sonra maşının şüşəsini deşərək onun başından 2 sm aralıdan keçən güllə maşının salonunda aşkarlanıb. Deputat polisi ona atəşin açıldığı ehtimal edilən Volqoqrad küçəsindəki körpünün üzərinə çağırıb.

Yeloxinin fikrincə, baş verən hadisə ona qarşı sifarişli sui-qəsd cəhdi ola bilər. Çünki o, iki dəfə Yekaterinburq şəhər Dumasının deputatı olub və bu müddətdə həm biznesdə, həm də siyasətdə düşmən tapmağı bacarıb.

Yekaterinburq polisi jurnalistlərə bildirib ki, sözügedən cinayət faktı ilə bağlı onlara hər hansı rəsmi müraciət daxil olmayıb.

Xatırladaq ki, ötən ilin dekabrında Moskva və Moskva ətrafında biznesmenlərin qətlində şübhəli bilinən FTX-nın veteran xüsusi təyinatlılarından ibarət banda saxlanılıb. Azı üç nəfərin onların qurbanı olduğu ehtimal edilir.

Əsas mövzular