Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Moskva Suriyada Türkiyə ilə qarşıdurma barədə: "Pis ssenari..."

© AFP 2023 / Omar Haj KadourДистанционный запуск ракеты из установленной на грузовике пусковой установки в сельской местности Идлиба
Дистанционный запуск ракеты из установленной на грузовике пусковой установки в сельской местности Идлиба - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, daha əvvəl Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib ki, Suriyanın İdlib regionunda türk hərbçilərinin hədəfi Suriya rejimi, atəşkəsi pozan şəxslər və qruplardır.

BAKI, 21 fevral — Sputnik. Pis ssenarilər barədə danışmaq istəməzdim. Ancaq terror qruplaşmaları neytrallaşdırılmalıdır.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bir sıra ekspertlərin İdlibdə Rusiya Federasiyası ilə Türkiyə arasındakı qarşıdurma təhlükəsi ilə bağlı bir sıra mütəxəssislərin fikirlərini şərh edərkən bildirib.

Военная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии - Sputnik Azərbaycan
Türkiyə Suriya məsələsində Rusiya ilə bağlı mühüm etiraf etdi

"İdlibdəki vəziyyət olduqca çox narahatedicidir. Vəziyyət dərin narahatlıq yaradır. Bu vəziyyət Rusiya və Türkiyə tərəfləri arasında daima əsas müzakirə mövzusu olur. Biz pis ssenarilər barədə danışmaq istəməzdik", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib ki, Suriyanın İdlib regionunda türk hərbçilərinin hədəfi Suriya rejimi, atəşkəsi pozan şəxslər və qruplardır.

"Müəyyən şərtlər ola bilər: pis hava, müxtəlif vəziyyət, lakin ümumilikdə Soçi razılaşması əsas olaraq götürülür. Bu razılaşmada qeyd olunanlar da həyata keçirilməlidir. Bizim Rusiya ilə bir problemimiz yoxdur, hədəfimiz rejimdir", - Akar qeyd edib.

O qeyd edib ki, Ankara və Moskvanın çox yaxşı münasibətləri var: "Biz heç bir halda Rusiya ilə heç bir qarşıdurma istəmirik. Belə bir şey gündəmdə belə deyil. Bunun olmaması üçün əlimizdən gələn hər cür səyi göstərmişik və göstərməyə davam edəcəyik. Bizim üçün orada olan ən önəmli şey rejimin atəşkəsə riayət etməsi, rejim hücumlarının dayandırılmasıdır".

Xəbər lenti
0